"Sumqayıt" "Neftçi"ni məğlub edərək ikinci pilləyə yüksəlib

"Sumqayıt" "Neftçi"ni məğlub edərək ikinci pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında "Sumqayıt" "Neftçi"ni qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gerçəkləşən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. Topa ilk toxunuşu 1966-cı ildə bu arenada baş tutan ilk matçda fərqlənmiş Telman Salahov edib.

"Gənclik şəhəri" təmsilçisinin heyətində 8 və 37-ci dəqiqədə Kasimir Ninqa adını tabloya yazdırıb. "Ağ-qaralar"ın heyətində isə 90+7-ci dəqiqədə Filip Ozobiç penaltini dəqiq yerinə yetirib.

Qələbə sayəsində xallarının sayını 34-ə çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Ağ-qaralar" isə hələlik 32 xalla üçüncüdür.

Qeyd edək ki, bu, Mehdi Hüseynzadə adına stadionda yenidənqurmadan sonra ilk oyun olub. Günün ikinci qarşılaşmasında "Zirə" "Qəbələ"nin qonağı olacaq. Tura fevralın 5-də "Kəpəz" - "Araz-Naxçıvan" qarşılaşması ilə yekun vurulacaq. Ötən gün "Qarabağ" "Səbail"i məğlub edib - 2:1. "Sabah" - "Turan Tovuz" matçında qalib müəyyənləşməyib - 1:1.

Futbol
PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

PFL rəhbərliyi "Sumqayıt"ın stadionuna baş çəkib

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Futbol
AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

AVRO-2024: Azərbaycan millisinin yer alacağı səbət bəlli olub

Futbol
Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 3 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
"Fənərbağça" legioneri ilə yollarını ayırıb

"Fənərbağça" legioneri ilə yollarını ayırıb

Futbol
"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

"Frayburq"un hücumçusu: "Hərdən "Qarabağ"ı sadəcə izləyirdik"

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Riçard Almeyda: “Mənəvi əzablar çəkirdim, gecələr ağlayırdım”

Futbol
Lionel Messi dünyada ilin idmançısı seçilib

Lionel Messi dünyada ilin idmançısı seçilib

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
A Seriyası: “Roma” “Verona”nı məğlub edib

A Seriyası: “Roma” “Verona”nı məğlub edib