ML: İspaniya İngiltərəyə qarşı - YENİLƏNİR
Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçiriləcək.
Günün diqqətçəkən görüşlərindən biri Fransa və Türkiyə yığmaları arasında baş tutacaq. A Liqasının digər matçlarında Belçika İtaliya ilə, Xorvatiya Çexiya ilə, İspaniya isə İngiltərə ilə üz-üzə gələcək.
C Liqasında isə Finlandiya San Marinonu, Belarus Albaniyanı, Latviya Ermənistanı, Kipr isə Monteneqronu qəbul edəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, VI tur
15 noyabr
A Liqası
A1 qrupu
23:45. Fransa – Türkiyə
23:45. Belçika – İtaliya
A3 qrupu
23:45. Xorvatiya – Çexiya
23:45. İspaniya – İngiltərə
C Liqası
C1 qrupu
21:00. Finlandiya – San Marino
21:00. Belarus – Albaniya
C2 qrupu
18:00. Latviya – Ermənistan
18:00. Kipr – Monteneqro

https://qalaba.az//uploads/photo/ml-ispaniya-ingiltereye-qarshi-yenilenir.webp