Azərbaycan Basketbol Liqası: "Sərhədçi" səfərdə "Gəncə"ni məğlub edib
Azərbaycan Basketbol Liqasında XIV turun daha bir oyunu keçirilib.
"QELEBE.AZ"un məlumatına görə, günün yaganə matçında "Gəncə" "Sərhədçi"ni qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə bitir - 78:72. Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Sərhədçi" 6-cı pilləyə yüksəlib. Meydan sahibləri 16 xalla 9-cudur.
Qeyd edək ki, tura fevralın 11-də "NTD İndiqo" - "Xırdalan" görüşü ilə yekun vurulacaq. Daha əvvəl "Neftçi" "Sabah"ı (101:87), "Xəzri" "Şəki"ni (94:85), "Sumqayıt" "Cəlilabad"ı (109:99) məğlub edib.

https://qalaba.az//uploads/photo/azerbaycan-basketbol-liqasi-serhedchi-seferde-genceni-meglub-edib.webp











