Avropa Liqası: "Qarabağ" "Braqa" ilə oyunda dördüncü qolu vurub - YENİLƏNİB - 8

Avropa Liqası: "Qarabağ" "Braqa" ilə oyunda dördüncü qolu vurub - YENİLƏNİB - 8

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda beşinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 69-cu dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 4:1.

Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb.

01:26

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda dördüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 65-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb - 3:1.

"Köhlən atlar"ın heyətində Olavio Juninyo fərqlənib.

01:15

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə yenidən hesabda önə keçib - 2:1.

Abdullah Zubir adını tabloya yazdırıb.

00:48

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, hələlik hesab bərabərdir - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç 21-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

00:48

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.

21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. 44-cü dəqiqədə meydan sahiblərində Simon Banza tarazlığı bərpa edib.

00:44

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.

Komandanın heyətində Simon Banza fərqlənib.

00:21

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.

00:00

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

22:52

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulu Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joau Moutinyu, 18. Vitor Karvalyo, 16. Rodriqo Salasar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.

Baş məşqçi: Artur Jorje

"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

"Sabah"ın futbolçusu: "Bundan dərs çıxarmalıyıq" - MÜSAHİBƏ

Futbol
"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

"Real Madrid"in baş məşqçisi vəzifəsinə namizədlər bəlli olub

Futbol
AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat alıb

Futbol
Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Ronaldu DÇ-2022-nin qrup mərhələsində ən pis oyunçuların simvolik komandasına daxil edilib

Futbol
"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

"Qarabağ"dan ayrılan hücumçunun "Sent Etyen"lə müqavilə tarixi açıqlanıb

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Prosineçkinin "Neftçi"yə keçəcəyi ilə bağlı xəbər yayılıb, mütəxəssis iddialara aydınlıq gətirib

Futbol
AFFA formasında adı olmayan futbolçuya görə “Şamaxı”nı 3 min manat cəzalandırıb

AFFA formasında adı olmayan futbolçuya görə “Şamaxı”nı 3 min manat cəzalandırıb

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Sosial şəbəkələrdə Pelenin tabutunun hazırlanması ilə bağlı video yayılıb

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər