"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın futbolçusu Coy Lens Mikels peşəkar karyasına Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunda başlayıb.

Konqo əsilli almaniyalı yarımmüdafiəçi 2021-ci ildə Niderland təmsilçisi "Maastrixt"dən Azərbaycan klubuna keçib.

Cari mövsüm komandasının keçirdiyi bütün oyunlarda meydanda olan hücuma meyilli futbolçu 14 matçda 7 dəfə fərqlənib. O, hazırda Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında 3-cü pillədə qərarlaşıb.

29 yaşlı oyunçu komandasının cari mövsümdəki çıxışı və Almaniya yığmasının bu il Qətərdə keçiriləcək dünya çempionatındakı şansları ilə bağlı "Report"a müsahibə verib.

- Azərbaycan Premyer Liqasının XIV turunda "Qarabağ"la qolsuz heç-heçə etdiniz. Görüşün bəzi anlarından rəqibdən üstün oyun sərgilədiniz. Qələbə qolunu vurmağa nə mane oldu?

- Bu qarşılaşmada əvvəlki matçlarımızdan fərqli idik. Düşünürəm ki, yaxşı oynadıq. Lakin əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Fikrimcə, bu baxımdan bir qədər bəxtimiz gətirmədi.

- "Qarabağ"ı çempionluq yarışında büdrədə biləcəyinizə inanırsınız?

- İlk olaraq onu deyim ki, biz yalnız növbəti matç haqqında düşünürük və qarşıdakı oyuna köklənirik. Məncə, onları büdrətmək çox çətindir. Nəzərə alaq ki, "Qarabağ"dan xal alan yeganə komanda da bizik.

- "Sabah"ın cari mövsüm çıxışı barədə nə deyə bilərsiniz?

- Komandamın çıxışını çox yaxşı dəyərləndirirəm. Lakin bütün bunların bünövrəsi ötən mövsümdən qoyulub. Məhz həmin vaxt bu komandanın çox yaxşı potensiala malik olduğunu və daha yaxşı nəticələr əldə edəcəyini deyirdim. Hazırda da bunun şahidi oluruq.

- Azərbaycan Premyer Liqasının səviyyəsi necədir?

- Burada heç bir oyun asan keçmir. Qalib gəlmək üçün hər oyunda maksimum güc sərf etməlisən.

- Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı da fikirlərinizi almaq istərdik. Almaniya millisi mundialda nəyə nail ola bilər?

- Ümid edirəm ki, onlar ən azı yarımfinaladək irəliləyə biləcəklər. Lakin hansı nəticənin qeydə alınacağını yarışın sonunda birlikdə görəcəyik.

- Sizcə, DÇ-2022-nin əsas favoriti hansı komandadır?

- Fransa və Braziliya yığmalarını budəfəki dünya çempionatının əsas favoritləri hesab edirəm.

- Mundialla bağlı hansısa planlarınız varmı?

- Dünya çempionatına evdə, nişanlım və övladlarımla birlikdə baxacağıq (gülür).

Futbol
PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

PFL rəhbərliyi Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış olub

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Qurban Qurbanov: "Heç vaxt kimisə digərlərindən üstün tutmamışam"

Futbol
Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Fransa Futbol Federasiyası ləğv olunmuş qolla bağlı FIFA-ya şikayət edəcək

Futbol
DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

DÇ-2022: H qrupunda Portuqaliya Qananı məğlub edib

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

Futbol
"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

"Olimpiakos" Marselonu "Qarabağ"la oyunlar üçün sifariş edib

Futbol
"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

"Traktor"un futbolçusu: "Qarabağ"la yoldaşlıq oyunu çox maraqlı alınar"

Futbol
"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"