Cahangir Həsənzadə: "Qarabağ" "Neftçi" ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq

Cahangir Həsənzadə: "Qarabağ" "Neftçi" ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq

"Qarabağ" "Neftçi" ilə görüşə ikinci dərəcəli oyun kimi yanaşmayacaq.

Bunu “Report”a açıqlamasında hər iki komandanın formasını geyinmiş sabiq qapıçı Cahangir Həsənzadə Premyer Liqanın XXV turunda baş tutacaq Azərbaycan derbisi barədə danışarkən deyib.

AFFA-nın texniki direktoru bu qarşılaşma haqqında fikir söyləməyin mürəkkəb məsələ olduğunu bildirib: "Çünki "Qarabağ"ı UEFA Avropa Liqasında "Bayer 04"lə vacib matç gözləyir. Məncə, düşüncələrini həmin görüşə yönəldəcəklər. Bu gün bəzi əsas heyət üzvlərinə dincəlmək şansı veriləcək. Amma nəticə baxımından imic məsələsi də var. "Qarabağ"ın bu matça ikinci dərəcəli oyun kimi yanaşacağına da inanmıram".

44 yaşlı keçmiş qolkiper "Neftçi"nin işlərinin hələ də qaydasında olmadığını vurğulayıb: "Düşünürəm ki, "ağ-qaralar" üçün çox çətin qarşılaşma olacaq. Nəticə baxımından bir söz deyə bilmərəm. Həmin anda ən güclü kim olacaqsa, o da qalib gələcək. Amma turnir cədvəlində xallara və yerlərə nəzər yetirsək, "Neftçi"yə 3 xal daha vacibdir. "Qarabağ"ın xala görə ehtiyat yastığı varsa, rəqibində bu yoxdur. İtirdiyi hər xal mövsümün sonunda avrokuboklarda iştirak faizini azaldır. Məncə, "Neftçi" istəkli və aqressiv olacaq. "Qarabağ" isə öz oyun üslubunda nəyə imkanları çatacaqsa, oynayacaq. Zənnimcə, Ağdam klubunun kifayət qədər yaxşı ehtiyat oyunçuları da var. Onlar da özlərini göstərməyə çalışacaqlar".

Qeyd edək ki, bu gün "Neftçi Arena"da oynanılacaq görüş saat 19:00-da başlanacaq.

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
Klublararası dünya çempionatının püşkü atılıb

Klublararası dünya çempionatının püşkü atılıb

Futbol
“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion dəyişib

Futbol
Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup oyununa təyinat alıb

Futbol
Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Avropa Liqası: "Fənərbağça" AEK-lə, "Trabzonspor" "Monako" ilə üz-üzə gələcək

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

UEFA İcraiyyə Komitəsinin bu il keçiriləcək ilk iclasının vaxtı bəlli olub

Futbol
Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Qurban Qurbanov: "Rəqibdən çəkinmədik"

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək dünya üçüncüsü olub

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"

Qara Qarayev: "2023-cü ildə də uğurlar qazanacağıq"