Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir" və "Vilyarreal" pley-offa çıxıb

UEFA Konfrans Liqasının qrup mərhələsində IV turun oyunlarından yarısı başa çatıb.

"Report"un məlumatına görə, Türkiyənin turnirdəki təmsilçilərindən "Başakşehir" 1/8 finala yüksəlib. İstanbul təmsilçisi evdə Latviyanın RFŞ komandasını darmadağın edib.

"Başakşehir"in ilk qolunu 11-ci dəqiqədə Deniz Türüç vurub. 45-ci və 72-ci dəqiqələrdə isə Stefano Okaka fərqlənib.

C qrupunda İspaniya "Vilyarreal"ı Avstriyada "Austriya" (Vyana) üzərində qələbə qazanaraq, 1/8 finala vəsiqə qazanıb.

E qrupunda Niderlandın "AZ Alkmaar" komandası Kiprdə "Apollon"a uduzaraq, qrupdan çıxmağı növbəti turlara təxirə salıb.

Nəhayət, F qrupunda "Yurqorden" İsveçdə Belçika "Gent"ini üstələyərək, növbəti mərhələyə xeyli yaxınlaşıb.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, III tur

6 oktyabr

A qrupu

20:45. "Başakşehir" (Türkiyə) - RFŞ (Latviya) - 3:0

20:45. "Fiorentina" (İtaliya) - "Harts" (Şotlandiya) - 5:1

Xal durumu: "Başakşehir" - 10, "Fiorentina" - 7, "Harts" - 3, RFŞ - 2

C qrupu

20:45. "Austriya" (Vyana, Avstriya) - "Vilyarreal" (İspaniya) - 0:1

23:00. "Hapoel" (Ber-Şeva, İsrail) - "Lex" (Polşa)

Xal durumu: "Vilyarreal" - 12, "Lex" - 4, "Hapoel" - 2, "Austriya" - 1

D qrupu

20:45. "Partizan" (Serbiya) - "Köln" (Almaniya) - 2:0

23:00. "Nitsa" (Fransa) - "Slovaçko" (Çexiya)

Xal durumu: "Partizan" - 8, "Nitsa" - 5 (3), "Köln" - 4, "Slovaçko" - 1 (3)

E qrupu

20:45. "Apollon" (Limassol, Kipr) - "AZ Alkmaar" (Niderland) - 1:0

23:00. "Vaduts" (Lixtenşteyn) - "Dnepr-1" (Ukrayna)

Xal durumu: "AZ Alkmaar" - 9, "Dnepr-1" - 4 (3), "Apollon" - 4, "Vaduts" - 2 (3)

F qrupu

20:45. "Yurqorden" (İsveç) - "Gent" (Belçika) - 4:2

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Molde" (Norveç)

Xal durumu: "Yurqorden" - 10, "Molde" - 4 (3), "Gent" - 4, "Şemrok Rovers" - 1 (3)

G qrupu

20:45. ÇFR (Rumıniya) - "Slaviya" (Praqa, Çexiya) - 2:0

23:00. "Balkani" (Kosovo) - "Sivasspor" (Türkiyə)

Xal durumu: ÇFR - 7, "Slaviya" - 4, "Balkani" - 4 (3), "Sivasspor" - 4 (3)

H qrupu

20:45. "Slovan" (Bratislava, Slovakiya) - "Bazel" (İsveçrə) - 3:3

23:00. "Jalgiris" (Litva) - "Pünik" (Ermənistan)

Xal durumu: "Bazel" - 7, "Pünik" - 6 (3), "Slovan" - 5, "Jalgiris" - 1 (3)

Futbol
Superkompüter futbol üzrə dünya çempionatında qalib gələcək komandanın adını açıqlayıb

Superkompüter futbol üzrə dünya çempionatında qalib gələcək komandanın adını açıqlayıb

Futbol
"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt" yaponiyalı futbolçu ilə müqavilə imzalayıb

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Azərbaycanlı funksioner Rusiya klubunun idman direktoru olub

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

FIFA Puşkaş mükafatına namizəd qolların siyahısını açıqlayıb

Futbol
Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı"ya qalib gəlib

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

İtaliya millisi final mərhələsində, Rumıniya B Liqasını tərk edib

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir