FIFA referisi Azərbaycan derbisindəki mübahisəli epizoda münasibət bildirib

FIFA referisi Azərbaycan derbisindəki mübahisəli epizoda münasibət bildirib

FIFA referisi Fariz Yusifov Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Neftçi” – “Qarabağ” oyununun 1-ci dəqiqəsindəki mübahisəli epizoda münasibət bildirib.

52 yaşlı mütəxəssis “Report”a açıqlamasında Azərbaycan derbisində Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviçin “Neftçi”nin kapitanı Emin Mahudova qarşı kobud oyununu dəyərləndirib.

O, monteneqrolu futbolçuya sarı vərəqə göstərən baş hakim Elçin Məsiyevin qərarı ilə razıdır: “Qarabağ”ın futbolçusu rəqibini görmürdü, məqsədi ötürmə vermək idi. Sadəcə, Emin Mahmudov onu qabaqladı və nəticədə belə vəziyyət yarandı. “Neftçi”nin kapitanı ayağını ora uzatmaqla öz sağlamlığını riskə atdı. İkincisi, butsunun şipi də açıq deyildi. Qırmızı vərəqə bu epizodda ağır qərar olardı. Qırmızı vərəqə göstərdikdən sonra onu əsaslandırmaq lazımdır. Bu, açıq ayaqla hərəkət deyildi”.

F.Yusifovun fikrincə, “Qarabağ”la “Neftçi” arasında böyük səviyyə fərqi var: “Qarabağ” 10 nəfərlə də oynasaydı, “Neftçi”yə qalib gələcəkdi. Çünki bu komanda çox güclüdür”.

Qeyd edək ki, “Neftçi” üzərində 4:1 hesablı qələbə qazanan “Qarabağ” 60 xalla turnir cədvəlinə başçılıq edir. Bakılılar isə 36 xalla üçüncü sıradadırlar.

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Futbol
Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Azərbaycan Kuboku: "Səbail" və "Turan Tovuz" 1/4 finala yüksəlib

Futbol
“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

“Qarabağ” və “Neftçi” “Zenit”in futbolçusu ilə maraqlanır

Futbol
Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Tanınmış futbolçu onkoloji xəstəlikdən vəfat edib

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
“FİFA” Messi ilə bağlı paylaşımı silib

“FİFA” Messi ilə bağlı paylaşımı silib

Futbol
Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Niderlandlı futbolçu onkoloji xəstəliyə görə karyerasını dayandırıb

Futbol
Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Levandovski ilin ən yaxşı hücumçusu seçilib

Futbol
Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Futbol
FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər