“Beşiktaş”ın oyunundakı insidentlə bağlı 16 nəfər saxlanılıb
UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında baş verən insidentlə bağlı yeni məlumat açıqlanıb.
QELEBE.AZ xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi Batumidə yaşanan hadisələrlə bağlı bəyanat yayıb.
Qurumun məlumatına görə, qarşıdurma zamanı üç polis əməkdaşı xəsarət alıb. Hadisə ilə əlaqədar 16 nəfər saxlanılıb.
Xatırladaq ki, qarşılaşma zamanı Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi müdaxilə edib. Tribunalarda yaranan gərginlik səbəbindən oyun bir müddət dayandırılıb.
Hadisə Türkiyə futbol ictimaiyyətinin də ciddi reaksiyasına səbəb olub. “Fənərbaxça”, “Qalatasaray” və “Trabzonspor” klubları İstanbul təmsilçisinə dəstək bəyanatları yayıblar.
Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da məsələ ilə bağlı UEFA və polis rəsmiləri ilə görüşdüyünü açıqlayıb.

https://qalaba.az//uploads/photo/beshiktashin-oyunundaki-insidentle-bagli-16-nefer-saxlanilib.webp