“Qarabağ” milli çempionatlardakı xal fərqinə görə Avropada birincidir - ARAŞDIRMA

“Qarabağ” milli çempionatlardakı xal fərqinə görə Avropada birincidir - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasının XXV turunda “Neftçi”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” ən yaxın izləyicisi “Səbail”lə xal fərqini 23-ə yüksəldib.

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi Avropanın milli çempionatlarında ən böyük fərqlə liderlik mövqeyində qərarlaşan komandadır.

“Qarabağ”dan sonra yalnız bir klub 20 xallıq üstünlüyə malikdir. Bu, Uels çempionatında 74 xal toplayan TNS-dir. İlk “üçlüy”ü Slovakiya çempionatının lideri “Slovan” qapayır. Adıçəkilən komanda ikinci sıradakı “Jilina”dan 16 xal öndədir.

“Böyük beşlik” ölkələrindən ən yaxşı göstəricisi İtaliya A Seriyasındadır. Həmin çempionatda qızıl medallara iddiaçı “İnter” 27 turdan sonra təqibçisi “Yuventus”dan 15 xal irəlidədir.

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer 04” isə Almaniya Bundesliqasındakı çıxışı ilə diqqət çəkir. Xabi Alonsonun kollektivi sona 10 tur qalmış ikinci pillədəki “Bavariya”dan 10 xal çox toplayıb.

Mövsüm sona yaxınlaşan ölkələrdən üçündə ilk iki sırada qərarlaşan klublar eyni xala malikdirlər. Bunlar Bolqarıstan, İsrail və San Marino liqalarıdır.

Avropa çempionatlarında liderin ikinci pillədəki komanda ilə arasında xal fərqi olan ölkələr.

1. Azərbaycan (25 turdan sonra) – 23 xal fərq

2. Uels (26) - 20

3. Slovakiya (22) - 16

4. İtaliya (27) – 15

5. Rumıniya (29) - 12

6-7. Almaniya (24), Niderland (24) - 10

8-9. Bosniya və Herseqovina (21), Fransa (24) - 9

10. Belçika (28) – 8

11-12. Sloveniya (24), İspaniya (27) - 7

13-14. Moldova (14), Kipr (28) – 6

15-19. Andorra (19), Lüksemburq (19), Çexiya (23), Ermənistan (23), Albaniya (26) – 4

20. Polşa (23) - 3

21-24. Rusiya (19), Avstriya (21), Türkiyə (28), Şotlandiya (29) – 2

25-39. Cəbəllütariq (17), Ukrayna (19), Malta (19), Danimarka (20), Şimali Makedoniya (21), Portuqaliya (23), Monteneqro (23), Serbiya (23), Macarıstan (23), Kosovo (23), Xorvatiya (25), İsveçrə (26), Yunanıstan (26), İngiltərə (27), Şimali İrlandiya (30)

40-42. Bolqarıstan (22), İsrail (24), San Marino (24) – 0

Futbol
PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

PFL və "Səbail" klubunun rəhbərliyi arasında görüş keçirilib

Futbol
"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

"Milan" İtaliya çempionatında turun açılış matçında xal itirib

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

“Kəpəz” iranlı futbolçu ilə yollarını ayırıb

Futbol
Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Xorvatiya yığmasının futbolçusu 4 il müddətinə diskvalifikasiya olunub

Futbol
"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

"Nant" - "Qarabağ" oyununda erməni təxribatı

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

Futbol
Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb

Qətərdə Dünya Çempionatında daha bir jurnalist ölüb