Azərbaycan millisinin baş məşqçisi: Rahatlaşmaq olmaz, hədəf Avropa və dünya çempionatıdır

Azərbaycan millisinin baş məşqçisi: Rahatlaşmaq olmaz, hədəf Avropa və dünya çempionatıdır

Rahatlaşmaq olmaz, çünki hədəf Avropa və dünya çempionatıdır.

Bunu "QELEBE.AZ"a açıqlamasında yeniyetmə qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elnur İsmayılov Türkiyənin Antalya şəhərində keçirilmiş cüdo üzrə Avropa Kuboku ilə bağlı danışarkən deyib.

Mütəxəssis yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Qızlardan ibarət yığmanın 18 üzvü bu turnirdə ölkəni təmsil edirdi. Ümumi komanda hesabında medalların əyarına və sayına görə birinci olduq. Qızlar da burada yaxşı nailiyyətlər əldə etdilər, 2 qızıl, 3 gümüş və 3 bürünc mükafat qazandılar. Onlardan beşinin finala vəsiqə qazanması yaxşı göstəricidir".

Baş məşqçi Avropa Kubokundan əvvəl Bakıda Azərbaycan Cüdo Federasiyasının yeni təlim-məşq mərkəzində hazırlıq prosesinin təşkil olunduğunu söyləyib: "Yaradılan yüksək şərait və diqqət bəhrəsini verir. Hər bir məşqçi yarışa yollananda hədəf medal qazanmaq olur. Amma mükafatdan başqa, səhvləri üzə çıxarmaq və onları düzəltmək də vacibdir. Bu turnirlərdə məqsədimiz qızların potensialını maksimum üzə çıxartmaq və səhvləri aradan qaldırmaq idi".

İsmayılov idmançıların çıxışından razı qaldığını vurğulayıb: "Avropa və dünya çempionatlarında medallarla bağlı öncədən bir şey demək istəmirəm. Fikir versəniz, son illər qızlarda nəticələr artıb. Bu, sağlam rəqabətin, məşq sisteminin düzgün olması və federasiyanın qızlara diqqətindən irəli gəlir".

Qeyd edək ki, Azərbaycan cüdoçuları turnirdə 4 qızıl, 5 gümüş və 7 bürünc medal əldə ediblər. Milli yarışda medal əyarına görə ümumi hesabda 1-ci, qızlar və oğlanlar arasında ikinci yeri tutub.

Futbol
Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Futbol
Azərbaycanlı hakim Superfinala təyinat alıb

Azərbaycanlı hakim Superfinala təyinat alıb

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

"Kəpəz" fransalı hücumçunun keçidini açıqlayıb

Futbol
“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

“Qarabağ” "Neftçi"ni öz meydanında darmadağın edib

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Ronaldunun komandasının oyunu hava şəraitinə görə təxirə salınıb

Futbol
“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

“Araz-Naxçıvan” Çempionlar Liqası üçün yeni futbolçu transfer edib

Futbol
"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq

"Olimpiakos" - "Qarabağ" oyununda anşlaq olacaq