"Karvan" klubunun baş məşqçisi: “I liqada çempionluq yarışı son tura kimi davam edəcək” - MÜSAHİBƏ

"Karvan" klubunun baş məşqçisi: “I liqada çempionluq yarışı son tura kimi davam edəcək” - MÜSAHİBƏ

Futbol üzrə I Liqada mövsüm sona yaxınlaşdıqca Premyer Liqaya vəsiqə qazanacaq komandanın kimliyi böyük maraq doğurur.

Çempionluğa iddialılardan “Karvan” son iki turda müvafiq olaraq “İmiş”li (0:2) və “Şamaxı”ya (0:6) məğlub olaraq, turnir vəziyyətini pisləşdirib.

27 xalla beşinci pillədə qərarlaşan Yevlax təmsilçisi lider “Qaradağ Lökbatan”dan 8 xal geri qalır.

“Report”un suallarını cavablandıran “Karvan”ın baş məşqçisi Kənan Kərimov komandanın düşdüyü duruma münasibət bildirib, üzləşdikləri çətinlikləri açıqlayıb.

- “Şamaxı”ya öz meydanınızda 0:6 hesabı ilə uduzmağınız sizin üçün gözlənilməz olmadı?
- Həqiqətən də, sürpriz oldu. Biz o səviyyədə deyilik ki, kimsə Yevlaxda 6 qol vurub getsin. Düzdür, əsas heyətin 3 oyunçusu yox idi. Ancaq bunun az təsiri oldu. İstənilən halda heç bir rəqibə 0:6 hesabı ilə uduzmamalıyıq. Sadəcə, həmin gün şanssızlıq oldu. Erkən qol buraxdıq, toparlanmamış ikinci dəfə meydanın mərkəzinə dəvət olunduq. “Şamaxı”nın hücumlarının hamısı qolla nəticələndi. Ruhdan düşməməliyik. Başqa yolumuz da yoxdur. Qarşıda 11 tur var, yaxşı nəticələr əldə etməyə çalışacağıq.

- Son iki matçdakı məğlubiyyət lider “Qaradağ Lökbatan”dan 8 xal geri düşməyinizə yol açıb. Enişin səbəbi nədir?
- Bizim hələ də çempionluq şansımız var. Ən böyük problemimiz ot örtüyü ilə bağlıdır. İmişliyə gedəndə də eyni problemlə üzləşdik. Yerli komandaya 0:2 hesabı ilə uduzsaq da, futbolçularımdan razı qaldım. Çünki sona qədər döyüşdülər. Standart vəziyyət zamanı adi diqqətsizlik səbəbindən qol buraxdıq. Son dəqiqələrdə də qapıçı kobud səhvə yol verdi. Məni əsas narahat edən məqam “Şamaxı”ya döyüşmədən məğlub olmağımızdır. Həmin qarşılaşmanı təhlil etdik, futbolçulara lazımi sözlər deyildi, tapşırıqlar verildi.

- Ardıcıl iki məğlubiyyət çempionluq uğrunda mübarizədə ağır zərbə olmayacaq?
- Əlbəttə ki, böyük zərbə olacaq. Çünki əsas rəqiblərimizə uduzmuşuq. Görünən odur ki, I liqada çempionluq yarışı son tura kimi davam edəcək. Hər tur da sürpriz olur. Heç bir komanda asan çempion olacağını deyə bilməz. Maksimum nəticə ilə yüksək yerlərdə qərarlaşmağa çalışacağıq.

- I Liqa komandalarının ən böyük problemi kimi meydanların yararsız olmasını vurğulamaq mümkündür?
- Tam razıyam, bunun təsiri böyükdür. Biz xalların çoxunu meydanı hamar olan səfər oyunlarında qazanmışıq. Süni örtük də ola bilər, əsas odur ki, meydan hamar olsun. Fikrimcə, ot örtüyünün yararsız olması çox komandaya mənfi təsir edir. Bəzi klublar top saxlamadan uzun ötürmələrdən istifadə edirlər. Ancaq yaradıcı komandalar bu zaman əziyyət çəkirlər.

- Yevlax şəhər stadionunun durumu ilə bağlı rəhbərliklə söhbətiniz olub?
- Mövsümün əvvəlində işlər görülmüşdü, toxum səpilmişdi. Çempionatın startına 15 gün qalmış havalar sərtləşdi, aramsız yağış yağdı. Stadionumuzun ot örtüyü yandı. Məşqləri bazada keçirik ki, əsas meydanı qoruyaq. Yalnız oyunlardan 1-2 gün əvvəl orada hazırlaşırıq. Mövsümün gedişində də nəyisə dəyişmək mümkün deyil.

- Hazırkı şəraitlə “Karvan”ı Premyer Liqaya buraxarlar?
- Razıyam ki, indiki durumda bunun üçün vəziyyət o qədər də yaxşı deyil. Üstəlik, vaxt azlığı var. Qısa müddətdə nəsə düşünmək lazımdır. Sözün düzü, indi Premyer Liqada çıxış edəcəyimizlə bağlı təminatımız da yoxdur. Mövsümün elə mərhələsindəyik ki, ev oyunlarımızı başqa yerdə keçirə də bilmirik.

- Ümumiyyətlə, çempionluq şansınızı necə görürsünüz?
- Bu ildən I Liqada çıxış edirik. Rəhbərliklə çempionluq barədə danışmamışıq. Onların dəstəyini hər zaman hiss edirik. Danışmışıq ki, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Ancaq çempionluq şansımız davam etdiyi üçün deyirik ki, biz də varıq. Açığı, bu liqada aşkar favorit görmürəm. İlk “beşlik”də qərarlaşan komandalardan istənilən biri çempion ola bilər.

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

"Qarabağ"la oyundan öncə "Frayburq"da zədəlilərin durumuna aydınlıq gəlib

Futbol
"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

"Olimpiakos"un yeni transferi "Qarabağ"a qarşı oynaya bilər

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Futbol
“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

“Neftçi”nin baş məşqçisi ilə anlaşan prezident istefa verəcək

Futbol
Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Azərbaycan derbisində topa ilk zərbəni erməni terroru zamanı valideynlərini itirmiş uşaq vuracaq

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

"Neftçi" Antalyadakı ilk oyununda heç-heçə edib

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər