Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

"Danışılacaq çox şey yoxdur. Rəqib açıq-aşkar bizdən üstün idi. İlk hissədə oyun düşündüyümüz kimi gedirdi. Fasilədən sonra istədiyimiz alınmadı. Nəticədə böyük hesabla məğlub olduq".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Qarabağ"a 1:7 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis rəqibin böyük motivasiya və istəklə oynadığını bildirib: "Belə məğlubiyyətin bir çox səbəbləri var. Birinci qolu buraxmağımız an rəqibdə inam artdı. Kobud səhvlərimiz oldu. "Qarabağ" 8 qol epizodu yaratdı və bunların 7-si dəqiq alındı. Rəqib nə vururdusa, hamısı qol olurdu. Ramil Şeydayevin epizodundan başqa boşa verilən qol anı xatırlamıram".

Sadıqov rəqibin bu gün qarşısıalınmaz olduğunu söyləyib: "Hesabın böyük olmaması üçün müəyyən dəyişikliklər etdik. Amma alınmadı. Müdafiədə boşluqlar var idi. Bu gün Musa Qurbanlının günü idi. Onda hər şey alınırdı. Bizim üçün uğursuz gün idi. Rəqib üçün isə uğurlu gün oldu.

Baş məşqçi ilk yarıda qapalı futbol oynamaq istədiklərini diqqətə çatdırıb: "Birinci hissədə qol vurduq, amma sistem işləmirdi. Hücum xəttini gücləndirmək niyyətində olsaq da, əks effekt verdi. Qismət Alıyev zədəli olduğu üçün ikinci yarıda meydana buraxdıq. Keyta Hamidu da eyni durumdur. Onu da eyni səbəbdən ikinci hissədə əvəzlədik. Bir çox futbolçu bu gün ən zəif oyunlarını keçirdilər. Rəqib də çox sürətli və dinamik çıxış edirdi. Mənim oyun fəlsəfəmdə meydanın mərkəzindən cərimə meydançasında asma yoxdur".

Mütəxəssis bu məğlubiyyətin komandada inamsızlıq yaratmayacağını sözlərinə əlavə edib: "Hər baş məşqçinin karyerasında belə məğlubiyyətlər olur. Mən də özümü hazırlayırdım. Bu gün belə alındı. Qarşıda iki həlledici oyunumuz var. Bu gün üçün xala, qələbəyə ümidli idik. Amma reallıq odur ki, “Qarabağ” bizdən 2-3 baş üstündür. Vacib olan növbəti matçlarımızdır".

Sadıqov son olaraq "köhlən atlar"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib: "Komanda möhtəşəm çıxış edir. Hazırda növbəti matç barədə düşünməlidirlər və qrupdan çıxmaq barədə danışmamalıdırlar".

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Futbol
Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Murad Musayev: "Belə oyunlara başqa cür köklənmək lazımdır"

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Moldova - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Futbol
Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Mamadu Kane: "Neftçi" derbidə "Qarabağ"a qalib gələcək"

Futbol
Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Azərbaycanın U-17 millisinin rəqibləri bəlli olub

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

"Qarabağ"ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

Futbol
Xorvatiya böyük hesabla qələbə qazanıb

Xorvatiya böyük hesabla qələbə qazanıb

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT