AMADA nümayəndələri WADA-nın illik simpoziumunda iştirak ediblər

AMADA nümayəndələri WADA-nın illik simpoziumunda iştirak ediblər

İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu keçirilib.

Azərbaycan Millli Antidopinq Agentliyinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, qlobal antidopinq səylərini inkişaf etdirmək məqsədi daşıyan tədbirdə ölkəmizi AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin birinci günündə WADA-nın prezidenti Vitold Banka və baş direktoru Olivye Niqqlinin açılış nitqlərindən sonra plenar sessiyalara start verilib.

Avropa Komissiyasının tərəfdaşlığı ilə keçirilən sessiyalar Avropada məlumatların toplanması və təhqiqat bacarıqları, həmçinin antidopinq ictimaiyyətində müqayisə meyarlarını əhatə edib. Paralel sessiyalar qan dopinqi tendensiyaları, mübahisəli məhkəmə simulyasiyası mövzularının müzakirələrinə həsr olunub. Həmçinin ekspertlər sual-cavab sessiyalarına da qatılıblar.

Simpoziumun ikinci günü WADA-nın beynəlxalq təşkilatlarla tərəfdaşlığı, Avropa İttifaqının Məlumatlar toplanması və Təhqiqatlar layihəsinin əməliyyat təsirləri və təhsil siyasətləri üzrə mövzuları əhatə edən plenar iclaslarla davam edib. Tədbirdə həmçinin Ümumdünya Antidopinq Məcəlləsinin milli qanunvericilik əsasında tətbiqi və quru qan nümunələrinin yoxlanılması kimi məsələlər də müzakirə mövzusu olub.

Bundan əlavə, sessiyalarda milli antidopinq təşkilatları və beynəlxalq federasiyalar arasındakı əməkdaşlıq, insan hüquqları və antidopinq, həmçinin antidopinq tədqiqatlarının gələcəyi və süni intellektin rolu müzakirə edilib.
Simpozium qlobal miqyasda dopinqsiz idmanı qorumaq üçün kollektiv səyləri vurğulayan əsas çıxışların xülasəsi ilə yekunlaşıb. Tədbir maraqlı tərəflər üçün fikir mübadiləsi aparmaq, problemləri həll etmək və idmanda dopinqə qarşı davam edən mübarizədə irəliləyişə nail olmaq üçün platforma rolunu oynayıb.

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Rafael Ağayev: "ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam"

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçuları ilk gündə 2 medal qazanıb

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Azərbaycan millisinin futzalçısı: "Ancaq qələbə haqqında düşünürük"

Fərdi
“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

“Formula 1”: ABŞ Qran Prisini Ferstapen qazanıb, “Red Bull” komandalar arasında çempion olub

Fərdi
İlqar Rəhimov: “Parisdəki Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmanının əsl gücünü görəcəyik”

İlqar Rəhimov: “Parisdəki Olimpiya və Paralimpiya Oyunlarında Azərbaycan idmanının əsl gücünü görəcəyik”