Azərbaycan millisinin böyük məşqçisi: Medallar qazansaq da, səhvlərimiz də çox oldu

Azərbaycan millisinin böyük məşqçisi: Medallar qazansaq da, səhvlərimiz də çox oldu

Medallar qazansaq da, səhvlərimiz də çox oldu.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisinin böyük məşqçisi Nurəddin Rəcəbov Qazaxıstanın paytaxtı Astanada keçirilən Jaksılık Uşkempirov turniri barədə danışarkən deyib.

Mütəxəssis güləşçilərimizin yarışda çıxışını dəyərləndirib: “Bu turniri komandamız üçün olduqca önəmli sayıram. Öncəliklə burada təlim-məşq toplanışı keçdik. Ümumiyyətlə, Asiya məktəbində texniki bacarıq Avropa məktəbindən üstün olduğu üçün buranı seçmişəm. Hər qitənin özünəməxsus güləş texnikası var. Qazaxıstanın bu baxımdan keyfiyyəti daha üstündür. Burada çox effektli məşqlər keçirdik. 7 dövlətin iştirakı ilə 160-dan çox idmançı bu toplanışda iştirak edirdi. Məcburiyyət qarşısında səhər və axşam məşqlərini iki yerə bölüb mərhələli şəkildə hazırlaşırdıq. Burada keçirilən təlimlərdə səhhəti ilə əlaqədar iştirak etməyənlər olsa da, onlar da tez bir zamanda bərpa prosesi keçib Qazaxıstanda bizə qoşuldular”.

N.Rəcəbov nəticələrin əhəmiyyətindən danışıb: “Qazandığımız nəticə bizi 60-70 faiz qane etdi. Bəzi çəkilərdə mübarizə aparan güləşçilərimizin çıxışından razı qalmadıq. 55 kq-da Hüseyn Savadovun güləşini çox bəyəndim. Yeniyetmələr arasından bizə qatıldığı üçün ondan sözügedən çəkidə belə bir performans gözləmirdik. 60 kq-da güləşən hər iki idmançımız məni məyus etdi. Onların təcrübəsi çox az idi və məşqçinin fikirlərini dinləmək istəmirdilər. 10 dövlətin iştirak etdiyi bir yarış idi. Səviyyə o qədər yüksək idi ki, komandamız burada Avropa və ya dünya çempionatı getdiyini zənn edirdi. Hər bir görüş ağır keçdi, bütün ölkələr qalibiyyət üçün gəlmişdilər”.

O, milli komandanın planlarını da açıqlayıb: “Martın 15-də Azərbaycana qayıdacağıq. Qısa müddət istirahət etdikdən sonra məşqlərə başlayacağıq. Azərbaycan Güləş Federasiyası bizə çox böyük diqqət ayırır. May ayında Dağıstanda və ya Xorvatiyada keçiriləcək beynəlxalq turnirlərdə iştirak edəcəyik. Öncəki yarışlarda bizi məyus edən idmançıları yenidən yoxlamaq istəyirik. Hazırkı nəticələrlə kifayətlənmirik. İdmançılarımız üçün təməl qururuq. Heyətə yeni gələn güləşçilər özlərini doğruldurlar. Güləşçilərimiz Avropa çempionatında da iştirak edəcəklər. Hələ ki, bu turnirə gedəcək heyət məlum deyil. Son qərarı starta 10 gün qalmış elan edəcəyik”.

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda keçirilən turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurublar.

Fərdi
Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Memorial iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Fərdi
Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Qusar Olimpiya İdman Kompleksinə yeni direktor təyin olunub

Fərdi
“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

“Formula 1”: Könüllü olmaq üçün ilk gündə 6000-dən çox müraciət edilib

Fərdi
Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Azərbaycan taekvondoçuları ili 101 medalla başa vurublar

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib

Fərdi
Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Avropa çempionatı: Azərbaycan millisi Avstriyaya qalib gəlib

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürür

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Mahir Məmmədov Avropa çempionatında medal qazanan qadın şahmatçılarla görüşüb

Mahir Məmmədov Avropa çempionatında medal qazanan qadın şahmatçılarla görüşüb

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb