Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb - YENİLƏNİB - 9

Avropa Liqası: "Qarabağ" son dəqiqədə buraxdığı qolla mübarizəni dayandırıb - YENİLƏNİB - 9

"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununa çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

"Köhlən atlar"da 58-ci dəqiqədə Abdullah Zubir, 67-ci dəqiqədə Olavio Juninyo fərqləniblər. 62-ci dəqiqədə Ağdam klubunda Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

72-ci dəqiqədə Leverkuzen təmsilçisində Ceremi Frimponq fərqi azaldıb. 90+3-cü dəqiqədə Patrik Şik hesabı bərabərləşdirib. Çexiyalı hücumçu 90+8-ci dəqiqədə isə qələbə qolunu vurub.

Bakıdakı ilk matçda rəqibi ilə 2:2 hesablı heç-heçə edən "Qarabağ" turnirlə vidalaşıb.

01:53

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesabı bərabərləşdirib - 2:2

"QELEBE.AZ"un məlumatına görə, 90+3-cü dəqiqədə Patrik Şik fərqlənib.

01:30

"Bayer 04" Almaniyada "Qarabağ"a qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda fərqi azaldıb.

"QELEBE.AZ"un məlumatına görə, 72-ci dəqiqədə Ceremi Frimponq fərqlənib.

Hazırda Azərbaycan çempionu 2:1 hesabı ilə öndədir.

01:26

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ikinci qolu vurub.

"QELEBE.AZ"un məlumatına görə, 67-ci dəqiqədə Olavio Juninyo növbəti dəfə meydan sahiblərini məyus edib.

Hazırda Azərbaycan çempionu 2:0 hesabı ilə öndədir.

01:22

"Qarabağ" Almaniyada "Bayer 04"ə qarşı keçirdiyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda azlıqda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, Elvin Cəfərquliyev 62-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Azərbaycan çempionu hazırda hesabda öndədir - 1:0.

01:17

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda hesab açılıb.

"QELEBE.AZ"un məlumatına görə, Azərbaycan çempionu meydan sahiblərini məyus edib.

58-ci dəqiqədə Abdullah Zubir fərqlənib.

00:47

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

00:00

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, Leverkuzen şəhərindəki "BayArena"dakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.

Görüşü ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

22:50

Almaniyada UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda üz-üzə gələcək "Bayer 04" və "Qarabağ"ın start heyətləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Bayer 04": Matey Kovar, Pyero İncape, Odilon Kossunu, Yonas Hofmann, Robert Endrix, Borxa İqlesias, Florian Virts, Edmond Tapsoba, Amin Adli, Ceremi Frimponq, Qranit Caka.

"Qarabağ": Andrey Lunyov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Juninyo.

Qeyd edək ki, bu gün Leverkuzen şəhərindəki "BayArena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda heç-heçə qeydə alınıb - 2:2.

Futbol
Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Orxan Məmmədov: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Futbol
Pelenin dəfn olunacağı tarix açıqlanıb

Pelenin dəfn olunacağı tarix açıqlanıb

Futbol
"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

"Qarabağ"ın maraqlandığı hücumçu Rusiya klubuna keçib

Futbol
Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Azərbaycanda futbol şərhçisi yol qəzasında dünyasını dəyişib

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

El-Klasiko vaxtı "Barselona"nın stadionunda terror aktı planlaşdırılıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Portuqaliya yığmasında baş məşqçi vəzifəsinə əsas namizəd müəyyənləşib

Futbol
"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"

"Neftçi"nin sabiq legioneri: "Azərbaycan millisi bizim üçün yaxşı rəqibdir"