Azərbaycan millisi ikinci oyunda da məğlub olub
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II turunda B liqasının 2-ci qrupunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, yığma Sloveniyadan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 0:4.
İlk matçda Bolqarıstana 1:6 hesabı ilə uduzan U-17 martın 20-də Moldova ilə görüşəcək.

https://qalaba.az//uploads/photo/azerbaycan-millisi-ikinci-oyunda-da-meglub-olub.webp











