PSJ Mbappenin het-triki sayəsində çempionatda “Monpelye”ni darmadağın edib
PSJ klubu Fransa çempionatının 26-cı turunda səfərdə "Monpelye"ni məğlub edib.
"QELEBE.AZ"un məlumatına görə, oyun “Stad de la Mosson”da Fransa) baş tutub.
Görüş qonaqların 6:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 14-cü dəqiqəsində Kilian Mbappenin ötürməsindən sonra PSJ-nin yarımmüdafiəçisi Vitinya hesabı açıb. 22-ci dəqiqədə fransalı hücumçunun özü həmyerlisi Randal Kolo Muaninin ötürməsi ilə fərqlənib. Bundan 8 dəqiqə sonra hücumçu Arno Norden hesab arasındakı fərqi azaldıb, 45+2-ci dəqiqədə Teji Savanye penaltidən hesabı bərabərləşdirib.
50-ci dəqiqədə Mbappe dubla imza atıb. Üç dəqiqə sonra PSJ-nin yarımmüdafiəçisi Li Kan İn Kolo Muaninin ötürməsi ilə qonaqların hesabdakı üstünlüyünü artırıb. 63-cü dəqiqədə Mbappe het-trik edib. Matçın 86-cı dəqiqəsində qarşılaşmada son nöqtəni parisli Nuno Mendeş qoyub.
PSJ hazırda 59 xalla turnir cədvəlinə başçılıq edir. "Monpelye" 26 xalla 14-cü pillədə qərarlaşıb.

https://qalaba.az//uploads/photo/psj-mbappenin-het-triki-sayesinde-chempionatda-monpelyeni-darmadagin-edib.webp











