“Kəpəz”in son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək

“Kəpəz”in son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək

“Kəpəz”in Azərbaycan Premyer Liqasında cari mövsümün son 3 ev oyununu harada keçirəcəyi bu həftə dəqiqləşəcək.

Bu barədə “Report”a Gəncə klubunun İdarə Heyətinin sədri İlqar Nadiri məlumat verib.

O bildirib ki, rəhbərlik məsələ ilə bağlı tezliklə bir qərara gələcək.

İlqar Nadiri onu da əlavə edib ki, Gəncə şəhər stadionunda görülən işlərin gedişatından məlumatsızdırlar: “Stadion Gənclər və İdman Nazirliyinin tabeliyindədir. Nazirliyin nəzarəti altında işlər davam edir. Aparılan işlərlə bağlı onlar daha ətraflı məlumat verə bilərlər. Bizim bazadan gördüyümüz qədərilə işlər gedir. Ancaq bunun hansı mərhələdə olduğunu bilmirik”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XXVIII turunda “Qarabağ”la ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Gəncəlilər XXXI turda “Sabah”ı, XXXIII turda “Sumqayıt”ı, XXXV turda isə “Zirə”ni qəbul edəcək. Həmin matçların məkanı hələ bəlli deyil.

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
DÇ-2022 Messinin sonuncu mundialı olacaq

DÇ-2022 Messinin sonuncu mundialı olacaq

Futbol
UEFA "Qarabağ"ın kapitanını təbrik edib

UEFA "Qarabağ"ın kapitanını təbrik edib

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Pelenin indiyədək qırılmayan 10 rekordu açıqlanıb

Futbol
"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

"Kəpəz"ə ev oyunlarını Gəncədə keçirməyə icazə verilib

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

Futbol
AFFA Mirbağır İsayevin cəzasını azaldıb

AFFA Mirbağır İsayevin cəzasını azaldıb

Futbol
“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

“Qəbələ”nin futbolçusu: “Məqsədimiz kuboku qazanmaqdır”

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək