Azərbaycan millisinin məşqçisi: Bizi çox maraqlı iki oyun gözləyir

Azərbaycan millisinin məşqçisi: Bizi çox maraqlı iki oyun gözləyir

Bizi çox maraqlı iki oyun gözləyir.

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin məşqçisi Arif Əsədov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb: "Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Komandamız toplanışa martın 18-də start verib. 24 futbolçu ilə toplaşsaq da, Aleksey İsayev sıradan çıxdı. Yeni dəvət olunan futbolçuların xidmətindən maksimum istifadə etməyə çalışacağıq. Hər iki oyuna fərqli taktiki sxemdə çıxa bilərik".

A.Əsədov düşərgəyə cəlb olunan yeni futbolçular barədə danışıb: "Ehtiyat oyunçular siuahısında yer alan Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Çoxdandır ki, Emil Mustafayevin oyunu diqqətimizdədir. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov milliyə dəvət olunubsa, deməli, oynamaq şansı da olacaq. Millidə işləyərkən Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var. Bugünkü məşqdən sonra qapıda kimin dayanacağına qərar verəcəyik".

O, martın 22-də qarşılaşacaqları Monqolustan millisi haqda məlumatlı olduqlarını vurğulayıb: "Rəqibi yaxşı təhlil etmişik. Onların futbolu Avropa futbolundan seçilir. Çox istəkli, müdafiədə sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq. Hücum futbolu oynayacağıq".

53 yaşlı məşqçi milli komandadakı durumuna toxunub: "Neftçi"yə təyin olunanda da köməkçi məşqçi idim. Orada 1 il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyadır".

A.Əsədov "Neftçi"nin təcrübəli futbolçusu Qara Qarayevin yığmaya dəvət almamasına münasibət bildirib: "Onun üçün millinin qapıları həmişə açıqdır. Hər mövqedə 2 futbolçu çağırmışıq. Bu dəfə Qaranı çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda bizi yenə yoldaşlıq oyunları gözləyir".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan millisi ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

UEFA Ukraynanın “Dnepr-1” klubunu avrokuboklardan kənarlaşdıra bilər

Futbol
"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

"Çelsi"yə keçən ukraynalı futbolçu Şevçenkonu qabaqlayaraq tarixə düşüb

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Bəhlul Mustafazadə: "Qələbələrin davamlı olmasını istəyirik"

Futbol
AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
Arda Turan karyerasını başa vurub

Arda Turan karyerasını başa vurub

Futbol
Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb

Kriştiano Ronaldo yeni klubu ilə 75 milyon dollarlıq müqavilə bağlayıb