Azərbaycan millisinin müdafiəçisi: Fərqli futbol mədəniyyətinə sahib komandalarla qarşılaşacağıq

Azərbaycan millisinin müdafiəçisi: Fərqli futbol mədəniyyətinə sahib komandalarla qarşılaşacağıq

Fərqli futbol mədəniyyətinə sahib komandalarla qarşılaşacağıq.

"Report"un məlumatına görə, bunu milli komandanın və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Monqolustan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

O, meydana yüksək əhval-ruhiyyədə çıxacaqlarını bildirib: "Milli komandada ab-hava yüksək səviyyədədir. Hər şey qaydasında davam edir. Yorğunluğa baxmayaraq, yığmada ikiqat məsuliyyətlə çalışacağıq".

B.Mustafazadə UEFA Avropa Liqasının 1/8 finalda Almaniyanın "Bayer 04" klubu ilə keçirdikləri oyunlara (2:2, 2:3) da toxunub: "Bütün Azərbaycan xalqı "Bayer 04"ə qarşı mübarizəmizdən məmnun qalıb. 100 milyon qiyməti olan futbolçu topu qapıya vura bilmirsə, mənim də qol vura bilməməyim mənə təsir etmir".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Premyer Liqa: "Qarabağ" "Sabah"ı məğlub edib

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Futbol
Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri müəyyənləşib

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

Futbol
"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

"Olimpiakos"un direktoru: "O, Azərbaycanda qəhrəman hesab edilir"

Futbol
Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"

Ralf Ranqnik: "Azərbaycan millisinə yuxarıdan aşağı baxmaq olmaz"