Monqolustan millisinin oyunçusu: Azərbaycan layiq olduğu qələbəni qazandı

Monqolustan millisinin oyunçusu: Azərbaycan layiq olduğu qələbəni qazandı

Azərbaycan millisini təbrik etmək istəyirəm. Komanda şəklində layiq olduqları qələbəni qazandılar.

Bunu "Report"a "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Monqolustan matçından sonra rəqib müdafiəçi Bayertsenqel Purevdorj deyib.

27 yaşlı futbolçu millimizə qarşı çıxışı barədə danışıb: "Azərbaycana qarşı olduqca çətin bir matç keçəcəyini bilirdik. Dünya reytinqində də onlardan qat-qat geri qalırıq. Yekun nəticə də bunu göstərdi. Bizim üçün tarixi matç idi. Azərbaycan millisi Avropadan qarşılaşdığımız 2-ci rəqibdir. Komanda yoldaşlarımla fəxr edirəm. Onlar sonadək döyüşdülər. Son dəqiqələrdə qol buraxdıq. Nəticə ürəkaçan olmadı".

Purevdorj Azərbaycan millisinin üstün çıxış etdiyini vurğulayıb: "Nəticə ürəkaçan olmasa da, ədalətlidir. Azərbaycan millisi bizi kifayət qədər təzyiq altında saxlamağı bacarırdı. Onlar hər dəqiqəni meydanın bizə aid olan hissəsində keçirirdilər. Azərbaycan millisinin müdafiə xətti mükəmməldir. Orada "Qarabağ"da çıxış edən futbolçular da var. Biz onların oyununa televizorda baxmışdıq. Ötən həftə bu futbolçular "Bayer 04"ə qarşı olduqca baxımlı performans sərgiləmişdilər. Hazırda isə biz onlarla bir meydanda qarşılaşdıq. Onlara qarşı oynayacağımızı eşidəndə, bu xəbər bizim üçün çox təəccüblü oldu".

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Azərbaycan Kuboku: 1/4 final mərhələsinin proqramı bəlli olub

Futbol
Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Premyer Liqa: “Kəpəz” “Səbail”ə qalib gəlib

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

"Qəbələ"nin baş məşqçisi: "Ağır dönəmdəyik"

Futbol
Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Almaniya mundialla vidalaşıb, Yaponiya və İspaniya 1/8 finalda

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Emin Mahmudov: "Millidəki hər oyun bizim üçün çox vacibdir"

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Top-5 liqalarda ən az qol buraxan komandalar bəlli olub

Futbol
"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

"Mançester Yunayted" Ronaldunun yerinə niderlandlı hücumçunu transfer edir

Futbol
Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb

Fransa millisinin üç aparıcı üzvü Benzemanın DÇ-2022-də iştirakına qarşı çıxıb