İtaliya Kubokunun yarımfinalının ilk oyunu "Yuventus" "Latsio"nu məğlub edib
İtaliya Kubokunun 1/2 final mərhələsinin "Yuventus" və "Latsio" arasında ilk oyunu başa çatıb.
“Report” xəbər verir ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 50-ci dəqiqəsində "Yuventus"un hücumçusu Federiko Kyeza müdafiəçi Andrea Kambyazonun ötürməsindən fəqqlənib. 64-cü dəqiqədə Duşan Vlaxoviç hesabı 2:0-a çatdırıb.
Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.
Xatırladaq ki, komandalar sonuncu dəfə 30 mart 2024-cü ildə A Seriyasının 30-cu turunda romalıların 1:0 hesabı ilə qalib gəldiyi matç çərçivəsində qarşılaşıblar. Yeganə qol matçın ikinci yarısına əlavə olunan hissədə vurulub - "Latsio" nun müdafiəçisi Adam Maruşiç yarımmüdafiəçi Matteo Qenduzinin ötürməsi ilə fərqlənib.

https://qalaba.az//uploads/photo/italiya-kubokunun-yarimfinalinin-ilk-oyunu-yuventus-latsionu-meglub-edib.webp











