PFL prezidenti bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident evə buraxılır

PFL prezidenti bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident evə buraxılır

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bir neçə gündən sonra ayağa qalxacaq, vitse-prezident Aslan Şahgəldiyev isə evə buraxılacaq.

Bu barədə “QELEBE.AZ”a “Liv Bona Dea Hospital”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Samir Oruc məlumat verib.

Klinika rəsmisi bildirib ki, PFL rəhbəri müəyyən dəstəklə gəzə biləcək: “Elxan Səmədov fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək. Hazırda vəziyyəti yaxşıdır. Hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün bir neçə gün sonra ayağa qalxa biləcək. Ancaq müəyyən dəstəklə hərəkəti mümkün olacaq”.

Vitse-prezident Aslan Şahgəldiyev isə Ramazan bayramının ardından klinikadan buraxılacaq: “Aslan Şahgəldiyevin durumu kifayət qədər yaxşıdır. Aprelin 15-dən sonra evə buraxılması planlaşdırılır. Təbii ki, ondan sonra da müayinələr və fizioterapiya prosedurları üçün gələcək”.

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

"Sabah" "Turan Tovuz"la, "Neftçi" "Səbail"lə qarşılaşacaq

Futbol
Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Ukraynalı baş məşqçi: "Şamaxı"nın təklifindən imtina etdim"

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Futbol
Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Tahir Gözəl: “Konfrans Liqasında sözümüzü deyəcəyik”

Futbol
FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

FIFA referisi: "Yan xətt hakimi səhv edib, çox şərh verməyə gərək yoxdur"

Futbol
Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Avropa Liqası: Pley-offun növbəti iştirakçıları bəlli olub

Futbol
“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

“Araz-Naxçıvan”ın baş məşqçisi: "Bütün oyunlar finala bərabər olacaq"

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Niderland millisinin oyununa təyinat alıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər