Hacı Əliyev: Düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır

Hacı Əliyev: Düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır

Heç zaman əziyyət yerdə qalmır, düzgün çalışmaq və hədəflərə doğru irəliləmək lazımdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev şəxsi instaqram hesabında yazıb.

Bakıda keçirilmiş Avropa Olimpiya Təsnifat turnirində olimpiadaya lisenziya əldə edən təcrübəli idmançı doğma azarkeşlər önündə möhtəşəm qələbə qazandığını bildirib: "Artıq üçüncü dəfədir ki, Yay Olimpiya Oyunlarına vəsiqə qazanıram. Bu, tarixi qələbədir. Üçüncü olimpiya medalına doğru addımlayıram. Yarışda mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm".

Əliyev çətin yolda ona dəstək olan və kömək göstərən insanların çox olduğunu vurğulayıb: "Cənab Prezidentimiz İlham Əliyevə mənə və idmançılara hər zaman göstərdiyi diqqət üçün təşəkkür edirəm. Eyni zamanda Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarova, federasiyanın bütün işçi, məşqçi, idmançı və həkim kollektivinə minnətdaram. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə, SOCAR prezidenti Rövşən Nəcəfə, uzun ilərdi yanımda olan ailəmə, atama, anama, şəxsi məşqçilərimə və illərdir məni tək qoymayan, hər gün yanımda olan qardaşım Yaşar Əliyevə təşəkkür edirəm. Bu, hər birimizin, xalqımızın qələbəsidir. İnşallah, yolumuz Paris-2024 Yay Olimpiya Oyunlarınadır. Rəbbim bizə hər zaman qələbə nəsib etsin. Bu sevinci yaşadan Allaha həmd olsun".

Futbol
"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

"Qarabağ"ın qapıçısı ciddi zədə alıb

Futbol
Messi Maradona və Batistutanı geridə qoyub

Messi Maradona və Batistutanı geridə qoyub

Futbol
Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Françesko Kaltsona: "Azərbaycan millisindən çəkinirdik"

Futbol
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə müddəti uzadılıb

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Bakıdakı matça təyinat alan hakim daha əvvəl “Qarabağ”ın “İnter”lə oyununu idarə edib

Futbol
İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

İngiltərə Futbol Assosiasiyası Ronaldunu cəzalandırıb

Futbol
Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Emin Mahmudov Rumıniya klubuna keçə bilər

Futbol
İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

İngiltərə Premyer Liqasında transfer rekordları qeydə alınıb

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Futbol
FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb