Azərbaycanlı sabiq futbolçu ABŞ-də futbol məktəbi açmaq istəyir

Azərbaycanlı sabiq futbolçu ABŞ-də futbol məktəbi açmaq istəyir

6 ay əvvəl ABŞ-yə gəlmişəm. Məqsədim böyükdür, burada futbol məktəbi açmaq istəyirəm.

Bunu “Report”a açıqlamasında Azərbaycanın veteran futbolçusu Nicat Qurbanov deyib.

Vaxtilə ölkəmizdə müxtəlif klublarda çıxış edən, bir müddət Futbolun İnkişaf Fondunda çalışan “Neftçi”nin yetirməsi həyatında yeni səhifə açmaq istədiyini bildirib: “Dostumun dəvəti ilə bura gəldim, müzakirələr apardıq, düşündüm ki, futbola aid bir iş görüm. Mənim üçün hansı variantın daha uğurlu ola biləcəyini fikirləşirəm. Müvafiq sənədlərim hazır olmalıdır, hələ ki, gözləyirəm. Hazırkı məqsədim futbol məktəblərindən birində məşqçi kimi çalışmaqdır”.

İngilis dili biliklərini təkmilləşdirmək məqsədilə kurlsara qatıldığını söyləyən 32 yaşlı sabiq futbolçu ABŞ-də əvvəlki illərə nisbətən futbolun daha da inkişafda olduğunu vurğulayıb: “Valideynlər öz uşaqlarını futbol məktəbinə yazdırmağa üstünlük verirlər. Belə olan halda, düşünürəm ki, gələcəkdə futbol məktəbi açmaq olar. Təbii ki, bunun üçün kifayət qədər zaman lazımdır”.

Qeyd edək ki, C kateqoriyası olan N.Qurbanov karyerası ərzində "Simurq", AZAL, "Neftçi", "Kəpəz", "Zirə", "Sumqayıt", "Keşlə" və Gürcüstanın "Samtrediya" klubunda çıxış edib.

Futbol
"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un hücumçusu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

"Nant" erməni futbolçunu "Qarabağ"la oyunun iştirak ərizəsinə daxil edib

Futbol
"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

"Sumqayıt"ın prezidenti: "Baqanın maaşı mətbuatda yazılanların heç yarısı da deyildi"

Futbol
Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Ayxan Abbasov: "Bizə belə oyunlar lazımdır"

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

“Qəbələ” ikinci hazırlıq matçında qələbə qazanıb

Futbol
"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

"Zirə" Niger millisinin futbolçusu ilə müqavilə imzalayıb

Futbol
Mahir Emreli kapitanını zədələyib

Mahir Emreli kapitanını zədələyib

Futbol
Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Messi əfsanəvi qapıçının nailiyyətini geridə qoyub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb