AFFA İcraiyyə Komitəsinin iclasına kimi Klublar Komitəsi iki görüş keçirəcək

AFFA İcraiyyə Komitəsinin iclasına kimi Klublar Komitəsi iki görüş keçirəcək

AFFA İcraiyyə Komitəsinin növbəti iclasına kimi Klublar Komitəsi daha iki görüş keçirəcək.

Bu barədə “Report”a Klublar Komitəsinin sədri Maqsud Adıgözəlov məlumat verib.

“Sabah” klubunun prezidenti bildirib ki, həmin görüşlərdə müzakirə ediləcək məsələlərlə bağlı təkliflər paketi hazırlanacaq: “Ola bilsin ki, həmin müddətdə yeni təkliflər də edilsin. İcraiyyə Komitəsinin mayın əvvəlində olacaq növbəti iclasına kimi hər bir məsələ ilə bağlı təkliflər paketi hazırlanaraq təqdim ediləcək”.

Maqsud Adıgözəlov aprelin 9-da baş tutan iclasda bir neçə məsələnin müzakirə olunduğunu sözlərinə əlavə edib: “Təkcə “Sabah” yox, hər bir klub öz fikirlərini bildirdi, təkliflərini verdi. Klublar müxtəlif fikirlər səsləndirdilər. Lakin bu təkliflərin üzərində işləmək lazımdır. Müzakirə edilən təkliflərlə bağlı ortaq qərar verildikdən sonra daha ətraflı və dəqiq məlumat vermək mümkün olacaq”.

Qeyd edək ki, Klublar Komitəsinin ötən gün təşkil olunan iclasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov da iştirak ediblər.

Futbol
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

Futbol
Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Joze Alesio: "Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək"

Futbol
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq

Futbol
"Qəbələ"nin legioneri virusa yoluxub

"Qəbələ"nin legioneri virusa yoluxub

Futbol
Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Əfsanəvi qapıçı 6 illik fasilədən sonra Kiyev "Dinamo"suna qayıdıb

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Aleksey İsayev zədələnib

Aleksey İsayev zədələnib

Futbol
"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

"Dinamo" Mahir Emreli ilə müqaviləni pozmaq istəyib

Futbol
“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”

“Qəbələ”nin prezidenti: “PFL-in təcrübəsi yaxşı Superkubok oyunu təşkil etməyə imkan verir”