Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Aprelin 24-27-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.

Bu barədə “Report”a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Bakı Su İdman sarayında təşkil olunacaq yarışda 3-cü idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər.

Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun keçiriləcək birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.

Azərbaycan Üzgüçülük Federasıyasının baş katibinin müavini Tamerlan Abdullazdə yarışın keçirilməsində məqsədin üzgüçülüyün təbliği, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin yenidən formalaşdırılması olduğunu bildirib: “Belə yarışların təşkili perspektivli üzgüçülərin aşkar olunmasına çöx yardımçı olur. Bölgələrdən idmançıların qatılması da çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək potensiala malik idmançıların aşkar olunmasında mühüm rol oynayacaq”.

Fərdi
Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Zəngilanda “Zəfər yürüşü” triatlon turnirinin açılış mərasimi keçirilib

Fərdi
İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

İJF prezidenti Bakıdakı Böyük Dəbilqə ilə bağlı paylaşım edib

Fərdi
Həbib Nurməhəmmədov MMA-dan gedib

Həbib Nurməhəmmədov MMA-dan gedib

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Milli Paralimpiya Komitəsində yeni kadr təyinatı olub

Fərdi
Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Eduard Məmmədov ikiqat Avropa çempionu olub

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib

Dünya çempionatı: Səid Mollayi yarımfinala yüksəlib