“Səbail”in futbolçusunun cəzası açıqlanıb
Azərbaycan Premyer Liqasının XXX turunda “Kəpəz”lə keçirilən oyunda hakimi təhqir edən “Səbail”in futbolçusu Adil Mehremiçin cəzası açıqlanıb.
“QELEBE.AZ” xəbər verir ki, 31 yaşlı müdafiəçi heç-heçə (3:3) bitən görüşün 90+3 dəqiqəsində qırmızı vərəqə aldığına görə AFFA İntizam Komitəsi tərəfindən ikisi şərti olmaqla 4 oyun diskvalifikasiya edilib.
Buna görə “Səbail”in 3000 manat cərimələnib.
Qeyd edək ki, cəzanın sınaq müddəti 3 ay təyin edilib.

https://qalaba.az//uploads/photo/sebailin-futbolchusunun-cezasi-achiqlanib.webp











