Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib - FOTOLENT

Kişi boksçular arasında təşkil olunan Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Boks Mərkəzində baş tutan tədbirdən öncə çempion və veteran boksçuların Vətən müharibəsi şəhidlərinin övladları ilə görüşü olub.

Görüşdə tanınmış idmançılar karyeraları ilə bağlı məlumat verib, çempionatın fəxri qonaqlarını maraqlandıran sualları cavablandırıblar.

Sonra çempionatın açılış mərasiminə start verilib. Azarkeşlərin alqış sədaları altında öncə komandalar, ardınca çempion və veteran boksçular Vətən müharibəsi şəhidlərinin övladları ilə birgə paraddan keçiblər. Azərbaycan Boks Federasiyasının (ABF) tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı şəhid övladlarına hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirilib.

Azərbaycan bayrağı qaldırıldıqdan sonra hakimlər zala daxil olub. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad olunub.

Mərasimdə ABF-nin vitse-prezidenti Vüsal Nəsirli çıxış edərək bildirib ki, ölkəmizdə idmanın bütün növlərinə olduğu kimi, boksa da dövlət qayğısı göstərilir: “Hər bir yığmaya, hər bir idmançıya xüsusi diqqət ayrılır. Azərbaycanın bu gün dünyanın idman mərkəzinə çevrildiyini fəxrlə deyə bilərəm. Paytaxtımız Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları kimi mötəbər yarışlara ev sahibliyi edib. Bütün bunlar Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, onun davamçısı, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi sayəsində reallaşıb”.

Federasiya rəsmisi vurğulayıb ki, bu dəfə titulundan asılı olmayaraq bütün boksçular çempionatda iştirak edəcəklər. Onun sözlərinə görə, son yarışda 29 komandadan 100 boksçu iştirak edirdisə, bu dəfə 38 komandanın 146 idmançısı mübarizə aparacaq: “Ümid edirik ki, ən güclülərdən formalaşacaq yığma Paris Yay Olimpiya Oyunlarında ölkəmizə bu idman növündə ilk Olimpiya qızılını qazandıracaq. Qoy, güclü qalib gəlsin”.

Müstəqilliyin Bərpası Günü münasibəti ilə iştirakçıları və qonaqları təbrik edən V. Nəsirli 2 il öncə bu günki tarixdə Xudafərin körpüsünün işğaldan azad edildiyini xatırladıb. O qeyd edib ki, Vətən müharibəsinin böyük qələbəsini bizə yaşadan müzəffər Azərbaycan ordusuna, şəhidlərimizə borcluyuq: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Açılış mərasimində iştirak edən şəhidlərimizin övladlarına valideynlərinin bizə qoyduğu mirası layiqincə qorumağı arzulayıram”.

Daha sonra hakimlər adından Eltac Cəbiyev döyüşlərin ədalətli keçəcəyinə and içib. Ardınca ABF-in vitse-prezidenti yarışı açıq elan edib.

Qeyd edək ki, bu gün start götürən çempionat oktyabrın 25-də başa çatacaq.

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Azərbaycan taekvondoçuları Avropa birinciliyində son 17 ilin rekordunu vurub

Döyüş növləri
Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Azərbaycan boksçuları Avropa birinciliyində rekordlar vurub, 4 idmançı finala yüksəlib

Döyüş növləri
FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

FHN-in əməkdaşları dünya çempionatında qızıl medal qazanıb

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 7 qızıl və 4 bürünc medal qazanıb

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Döyüş növləri
Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü taekvondoçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək

Azərbaycan boksçuları İtaliyada Avropa birinciliyində iştirak edəcək