"Araz-Naxçıvan"ın kapitanı: Sözümüzü meydanda deyəcəyik

"Araz-Naxçıvan"ın kapitanı: Sözümüzü meydanda deyəcəyik

Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik.

"Report" xəbər verir ki, bunu futzal üzrə "Araz-Naxçıvan" klubunun kapitanı Emin Kürdov "Baku Fire" komandasına qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli qapıçı mövsümü major notlarla bitirmək istədiklərini söyləyib: "Son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir".

Azərbaycan yığmasının üzvü qarşılaşmanın maraqlı olacağını sözlərinə əlavə edib: "Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.

Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək.

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 6 mövsümün rekordu qeydə alınıb

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

DÇ-2022: İngiltərə ABŞ-la bərabərə qalıb

Futbol
"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

"Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi "Olimpiakos"la oyunu buraxacaq

Futbol
“El-Klasiko”nun vaxtı dəqiqləşib

“El-Klasiko”nun vaxtı dəqiqləşib

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Tovuzda 4 qol vurulub, qalib müəyyənləşməyib

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

Futbol
Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"

Arif Əsədov: "Azərbaycan millisi bu qrupda sürpriz edə bilər"