DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

DÇ-2022: 1/8 finalın növbəti iştirakçısı bəlli olub

Cənubi Koreya yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, H qrupunun sonuncu - III turunda Portuqaliyanı 2:1 hesabı ilə məğlub edən Asiya təmsilçisi digər matçda Uruqvayın Qanaya 2 cavabsız qolla qalib gəlməsinə baxmayaraq mərhələ adlayıb.

Son turun oyunlarında sonra Portuqaliya 6 xalla qrup lideri olub. Cənubi Koreya 4 xalla 2-ci pilləni tutub. Eyni xala malik Uruqvay seçməsi 3-cü, 3 xalı olan Qana isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina, Polşa, Mərakeş, Xorvatiya, Yaponiya və İspaniya yığmaları 1/8 vəsiqə əldə ediblər.

20:55

Portuqaliya millisi Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsini məğlubiyyətlə başa vurub.

"QELEBE.AZ"un məlumatına görə, Avropa təmsilçisi H qrupunun son matçında Cənubi Koreya yığmasına 1:2 hesabı ilə uduzub.

İlk qolu 5-ci dəqiqədə Portuqaliya seçməsindən Rikardo Orta vurub. 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib. 90+1-ci dəqiqədə isə Xvan Xi Çxan qələbə qoluna imza atıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran Cənubi Koreya millisi 2-ci pilləyə yüksəlib. 6 xalı olan Portuqaliya hələlik ilk pillədə qərarlaşıb. Qrupun digər oyununda Uruqvay yığması Qanaya 2:0 hesabı ilə qalib gəlir. Hesab dəyişməsə, Portuqaliyadan sonra Cənubi Koreya kollektivi pley-offa adlayacaq.

20:50

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda hesab dəyişib.

"QELEBE.AZ"un məlumatına görə, 90+1-ci dəqiqədə Asiya təmsilçisindən Xvan Xi Çxan 90+1-ci dəqiqədə 2-ci topu avropalıların qapısından keçirib - 2:1.

20:06

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci hissə başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, hələlik qarşılaşmada hesab bərabərdir - 1:1.

19:48

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda ilk hissə başa çatıb.

"QELEBE.AZ"un məlumatına görə, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

19:29

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda 2-ci qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, 27-ci dəqiqədə Asiya təmsilçisindən Kim Yunq Qvon tarazlığı bərpa edib.


19:07

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyununda erkən qol vurulub.

"QELEBE.AZ"un məlumatına görə, Avropa təmsilçisi 5-ci dəqiqədə Rikardo Ortanın qolu ilə hesabı açıb.


19:01

Qətərdə keçirilən dünya çempionatında Cənubi Koreya və Portuqaliya yığmaları arasında H qrupunun III tur oyunu başlayıb.

"QELEBE.AZ"un məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

18:12

Qətərdə keçirilən dünya çempionatının H qrupunun III turunda üz-üzə gələcək Cənubi Koreya və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

“QELEBE.AZ”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 20. Kvon Ken Von, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 18. Li Kan İn, 10. Li Ce Son, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Portuqaliya: 22. Dioqu Koşta, 3. Pepe, 24. Antonio Silva, 20. Joau Kanselu, 2. Dioqo Dalot, 16. Vitinya, 18. Ruben Neveş, 17. Joao Mariu, 23. Mateuş Nunyeş, 21. Rikardu Horta, 7. Kriştianu Ronaldu

Qeyd edək ki, görüş saat 23:00-da start götürəcək.

Futbol
"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

"Qarabağ" qapıçısı ilə imzaladığı yeni müqavilənin detallarını açıqlayıb

Futbol
“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Azərbaycan Premyer Liqası: "Səbail" "Sumqayıt"a qalib gəlib

Futbol
KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

KİV: Bekhemin sahibi olduğu klub Messini transfer etməyə yaxındır

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Şimali Makedoniya - Azərbaycan oyununda hesab açılıb

Futbol
Pele dəfn olunub

Pele dəfn olunub

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Bədavi Hüseynov “Qarabağ”ın heyətində yubiley matçını keçirib

Futbol
"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

Futbol
Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Canni de Byazi: “Daha yaxşısını bacararıq”

Futbol
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq