“Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb
Türkiyə Superliqasının XXXVII turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb.
“QELEBE.AZ” xəbər verir ki, İstanbul derbisini Arda Kardeşler idarə edəcək.
Oyunun start fiti mayın 19-da, saat 20:00-da səslənəcək.
Qeyd edək ki, turnir cədvəlinə 99 xalla Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" başçılıq edir. “Fənərbağça” 93 xalla ikincidir.

https://qalaba.az//uploads/photo/qalatasaray-fenerbagcha-gorushunun-bash-hakimi-achiqlanib.webp











