AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cəzalandırıb

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının IV tur qarşılaşmalarında baş vermiş hüquqi pozuntularla əlaqədar qərarlar çıxarılıb.

“Zirə” ilə ev oyununda “Neftçi” klubu azarkeşlərinin meydana kənar əşyalar atmaları səbəbindən 1 600 manat cərimələnib. "Ağ-qaralar" daha 1 600 manat cəriməni meydana kənar şəxslər daxil olduğu üçün ödəməli olacaq.

“Şamaxı” ilə ev matçında “Qarabağ” azarkeşləri kütləvi şəkildə təhqiramiz ifadələrə yol veriblər. Bu səbəbdən, Ağdam klubu 4 000 manat ziyana düşüb.

“Səbail” komandası ilə səfər oyununun 69-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bununla belə, o, yenidən meydana daxil olub. İntizam Komitəsi 33 yaşlı hücumçunu 5 oyunluq cəzaya, klubunu 4 000 manatlıq cəriməyə məruz qoyub.

"Kəpəz"in kapitanı Tural Axundov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza, klub 200 manat cərimə alıb.

"Səbail" klubu isə oyun zamanı stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün 800 manat cərimələnib.

“Sabah” komandası ilə ev matçında 5 futbolçusu sarı vərəqə aldığı üçün "Qəbələ"yə 800 manat cərimə kəsilib.

Klub daha 4 000 manat cəriməni azarkeşlərinin kütləvi şəkildə təhqiramiz ifadələr işlətmələri ilə əlaqədar alıb.

Futbol
“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

“Qarabağ”ın oyununda bir dəqiqəlik sükut olub

Futbol
Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Çempionlar Liqası: "Leyptsiq"dən qələbə, Mahir Emrelinin komandası uduzub

Futbol
Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Tahir Gözəl: “Kadiyə görə o pulu ödəyəcək kluba “yox” deyə bilmərik”

Futbol
Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Azərbaycan millisinin üzvü: "Biz Moldova və Şimali Makedoniyadan daha güclüyük"

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
2022-ci ilin simvolik komandası açıqlanıb

2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”