"Şamaxı" Azərbaycan I Liqasının qalibi olub
Futbol üzrə Azərbaycan I Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, sonuncu - XXVII turun oyunları çərçivəsində doğma meydanda "Araz Saatlı"nı (3:1) məğlub edən "Şamaxı" I Liqanın çempionu olub.
Səfərdə "Mingəçevir"lə bərabərə qalan (2:2) "Qaradağ Lökbatan" isə mövsümü ikinci pillədə başa vurub.
Qeydə alınan nəticələrin ardından turnir cədvəliində "Şamaxı" 57 xalla lider, "Qaradağ Lökbatan" isə 54 xalla ikinci olub.
Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

https://qalaba.az//uploads/photo/shamaxi-azerbaycan-i-liqasinin-qalibi-olub.webp











