Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib.
"QELEBE.AZ" xəbər verir ki, II Liqanın gümüş medalçısı "Cəbrayıl"la I Liqanın 10-cusu "Araz Saatlı" arasında keçiriləcək ilk oyun, birincilərin ev sahibliyi ilə iyunun 9-u saat 18:30-da “ASCO Arena”da reallaşacaq.
Cavab qarşılaşması isə iyunun 15-də baş tutacaq. İyunun 5-dək Saatlı Olimpiya İdman Kompleksinin stadionuna yayım və təşkilati məsələlər ilə bağlı baxış keçiriləcək.
Təftişə əsasən cavab oyununun yeri və saatı açıqlanacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-i-liqasina-vesiqe-ugrunda-pley-off-gorushlerinin-vaxti-mueyyenleshib.webp











