“Qəbələ” Futbol Akademiyasının yay seçimlərinin birinci mərhələsi başa çatıb

“Qəbələ” Futbol Akademiyasının yay seçimlərinin birinci mərhələsi başa çatıb

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qruplarına yay seçimlərinin birinci mərhələsi başa çatıb.

"Qırmızı-qaralar"ın mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, Qəbələ şəhər stadionunda təşkil olunan seçimlərdə 2009-2013-cü il təvəllüdlü futbolçular iştirak ediblər.

Seçimlərə ümumilikdə 500-dən artıq futbolçu qatılıb.

Akademiyanın məşqçiləri bütün Azərbaycanı əhatə edən seçimlərdə Bakı, Gəncə, Sumqayıt, İmişli, Göyçay, Ucar, Yevlax, Qax, Zaqatala və digər bölgələrdən olan oyunçuları sınaqdan keçiriblər. Seçimlərdə xüsusi fərqlənən üç futbolçu ilə birbaşa müqavilə imzalanıb. 40-a yaxın oyunçu növbəti mərhələyə dəvət olunub.

“Qəbələ” Futbol Akademiyasının koordinatoru Famil Xəlilov klubun saytına açıqlamasında seçimlərdən razı qaldığını bildirib: “Son illərlə müqayisədə bu dəfə iştirakçı sayında artım müşahidə olundu. Akademiya yaranandan indiyə qədər nadir hallarda seçimlərin bütün günü əhatə etdiyinə şahid olmuşuq. Adətən seçimlər günün ilk yarısında başa çatırdısa, bu dəfə iştirakçı sayının çox olması səbəbindən daha uzun müddət sürdü. Üç meydançada paralel oyunlar təşkil olundu. Seçimlərə maraq böyük idi, xüsusilə də bölgələrdən. Heç kimin diqqətini cəlb etməyən, rayon UGİM-lərində istedadların olması sevindirici məqamdır. Onların məşqçiləri ilə də görüşdük, belə şəraitdə futbolçu yetişdirdikləri üçün hədiyyələr verib, təşəkkür etdik. Məşqçilər heyətimizin üzvləri seçimlərdəki hər iştirakçıya diqqət yetirdik, heç kim narazı qalmadı. Seçilməyən oyunçuları növbəti seçimlərə çağırdıq, ruhdan düşməməyi tövsiyə etdik, yenidən seçimlərə qatıla biləcəklərini dedik. Özünü göstərə bilməyən elə oyunçular olur ki, növbəti seçimlərdə çox irəliləyiş hiss edilir”.

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

Futbol
"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

"Sivasspor"dan qələbə, "Başakşehir" "Fiorentina"nı darmadağın edib

Futbol
Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Samir Abasov: "Qarabağ"a qarşı oynamaq həddindən artıq çətindir"

Futbol
"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

"Qəbələ"də zədəli futbolçuların durumuna aydınlıq gəlib

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
"Nant" Bakıya səfər öncəsi məğlub olub

"Nant" Bakıya səfər öncəsi məğlub olub

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Mərakeş və Xorvatiya millilərinin start heyətləri bəlli olub

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

DÇ-2022-nin ən yaxşı futbolçuları açıqlanıb

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib