Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunmuş festival keçirilib

Beynəlxalq Olimpiya Komitəsinin yaranmasının ildönümünə həsr olunmuş festival keçirilib

İyunun 5-də “Park Bulvar”da müasir Olimpiya Hərəkatının yaranmasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təsis olunmasının 130-cu ildönümünə həsr olunmuş “Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalı keçirilib.

"QELEBE.AZ" Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətinə istinadən xəbər verir ki, MOK-un Atletlər Komissiyası ilə birlikdə təşkil edilən tədbirdə əvvəlcə komissiyanın üzvləri - Rüstəm Orucov (Rio-2016 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının gümüş mükafatçısı, Avropa çempionu, dünya çempionatının ikiqat gümüş medalçısı), Fəridə Əzizova (V İslam Həmrəyliyi Oyunlarının taekvondo yarışlarının qalibi, dünya çempionatının ikiqat bürünc mükafatçısı), Zöhrə Ağamirova (bədii gimnastika üzrə Avropa çempionatının bürünc mükafatçısı, V Islam Həmrəyliyi Oyunlarının dördqat qızıl medalçısı), Fatimə Alkərəmova (Rio-2016 Yay Olimpia Oyunlarının üzgüçülük üzrə ən gənc iştirakçısı, bir çox beynəlxalq yarışların qalibi və rekordçusu, Azərbaycan çempionu) iştirakçılara təqdim edilib.

Sonra Atletlər Komissiyasının üzvü Fəridə Əzizova çıxış edərək, Komissiyanın fəaliyyəti barədə məlumat verib.

O, Atletlər Komissiyasının əsas məqsəd və vəzifələri barədə danışaraq bu qurumun Avropa Atletlər Komissiyası və Beynəlxalq Olimpiya Komitəsi arasında əlaqələndirici rol oynadığını bildirib.

Fəridə Əzizova 2021-ci ilin noyabr ayında "Qəhrəman varisləri" adlı layihənin təşkil olunmasından bəhs edib. O, bu layihə çərçivəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin və qazilərimizin övladlarının idmana cəlb olunduğunu deyib.

Sonra çıxış edən Azərbaycan Atletlər Komissiyasının sədri Rüstəm Orucov Azərbaycanın müstəqil dövlət olaraq Olimpiya Hərəkatına 1992-ci ildən qoşulduğunu, həmçinin 1996-cı ildən etibarən hər il ölkəmizdə Beynəlxalq "Olimpiya Günü"nün qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra Azərbaycanda Olimpiya Hərəkatının sürətli inkişaf mərhələsinin başladığını deyən Olimpiya mükafatçımız bu illər ərzində idmançılarımızın Yay Olimpiya Oyunlarında ümumilikdə 8 qızıl, 15 gümüş və 29 bürünc medal qazandığını vurğulayıb.

Daha sonra Fransanın paytaxtı Parisdə təşkil olunacaq XXXIII Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançılar monitor vasitəsi ilə tədbir iştirakçılarına təqdim olunub.

Proqrama uyğun olaraq gimnastika, cüdo, güləş, taekvondo üzrə nümayişlərdən sonra əyləncəli yarışlara start verilib. Festivalda iştirak edən məktəblilər iplətullanma, pazl yığılması, kəndirlə mübarizə yarışlarında maraqlı və əyləncəli viktorinada iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən qaliblər müəyyənləşib.

İplətullanma yarışında 49, 60 və 56 saylı məktəbin komandası qaliblər sırasında yer alıblar.

7, 56 və 49 saylı və Elitar Gimnaziyanın komandası pazl yarışlarında fərqlənib.

Kəndirlə mübarizədə 18, 49, 190 saylı məktəbin və Elitar Gimnaziyanın şagirdləri fəxri kürsüdə yer alıblar.

56 saylı məktəb ve Elitar Gimnaziyanın təmsilciləri isə viktorinanın qalibi olub.

Mükafatlandırma mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftaxetdinova, həmçinin Olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov çıxış edib.

Çıxış zamanı qeyd olunub ki, bu cür layihələr yeniyetmə və gənclərin pis vərdişlərdən uzaq olmasında, onların idman vasitəsi ilə sağlam həyat tərzi keçirməsində əhəmiyyətli rol oynayır.

“Olimpiya Günü” və “Parisə gedən yol” əyləncəli festivalının iştirakçılarına gələcəkdə uğurlar arzulayan Olimpiya çempionları bu tədbirin onların yaddaşında daim qalacağına inandığını bildirib.

Sonra yarışların qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

İlk üç yeri tutan iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərə mükafatları MOK-un vitse-prezidenti Zemfira Meftaxetdinova, Olimpiya çempionları və Atletlər Komissiyasının üzvləri təqdim edib.

Festivalın sonunda xatirə şəkili çəkdirilib.

Məlumat üçün bildirək ki, tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında olimpizmin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Neftçalda avarçəkənlərin təlim-məşq toplanışı başlayıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Fərdi
Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Fərdi
"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

"Formula 1" komandası çinli pilotun müqaviləsini uzadıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"