“Araz-Naxçıvan”ın baş məşqçisi: Futbolçular daha yaxşı təkliflərə qaçırlar

“Araz-Naxçıvan”ın baş məşqçisi: Futbolçular daha yaxşı təkliflərə qaçırlar

Futbolçular daha yaxşı təkliflərə qaçırlar. İndiki məqamda onları başa düşmək lazımdır.

Bunu “Report”a açıqlamasında “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev heyətdə baş verən köklü dəyişikliklərlə bağlı danışarkən deyib.

O, klubun transfer siyasətinə toxunub: “Ötənilki komanda üzvlərindən cəmi 8 nəfəri saxlamışıq. Əksəriyyətinin müqavilə müddəi bitmişdi. Biz də klub olaraq öz təklifimizi etmişdik. Ancaq onların seçim etmək hüququ var. Hər futbolçu yaxşı şərtlərlə iş yeri axtarır. Xeyli futbolçu getməsinə baxmayaraq, yeni transferlər etmişik. Qarşıdakı günlərdə seçdiyimiz digər oyunçuları da komandaya cəlb edəcəyik. Elə klublar var ki, onlarla yerli futbolçu baxımından mübarizə aparmaq çətindir. Yaxşı yerlilər olsa, əlbəttə, heyətə qatacağıq. Əcnəbi futbolçu da transfer edəcəyik. Daha çox yerlilərə üstünlük verməyə çalışacağıq”.

Mütəxəssis hazırlıq planı haqda da danışıb: “İyunun 25-də Bakıda toplanışa başlayacağıq. Xarici ölkəyə gedib-getməyəcəyimiz rəhbərliyin qərarından asılı olacaq. Bunula bağlı planları rəhbərliyə təqdim etmişik. Təsdiqlənəndən sonra oyun keçirmək üçün rəqib tapılmalıdır, komanda üçün lazımi şərait təmin edilməlidir ki, xaricə təlim-məşq toplanışına yollanmaq mümkün olsun”.

Qeyd edək ki, "Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünü 36 xalla səkkizinci pillədə başa vurub.

Futbol
Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında X tura bir oyunla start veriləcək

Futbol
DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

DÇ-2022: Kamerun-Serbiya qarşılaşmasında 6 qol vurulub

Futbol
Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Rəşad Sadıqov: "Qarabağ"la səfərdə oynamaq həmişə ağırdır"

Futbol
Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Höccət Haqverdinin “Neftçi”yə keçidi rəsmiləşib

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb

UEFA reytinqi: "Qarabağ" növbəti dəfə Azərbaycanın xal ehtiyatını artırıb