AVRO-2024: Bu gün qarşılaşacaq İspaniya və Xorvatiya milliləri daha əvvəl 3 rəsmi matçda üz-üzə gəlib

AVRO-2024: Bu gün qarşılaşacaq İspaniya və Xorvatiya milliləri daha əvvəl 3 rəsmi matçda üz-üzə gəlib

Bu gün Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində üz-üzə gələcək İspaniya və Xorvatiya komandaları daha əvvəl böyük turnirlərdə (dünya və Avropa çempionatları) üç dəfə qarşılaşıblar.

"Report" xəbər verir ki, bu görüşlərin ikisində ispanlar, birində isə xorvatlar qələbə qazanıb.

Belə ki, ilk dəfə rəsmi olaraq AVRO-2012-də qarşılaşan tərəflərin duelində İspaniya millisi 1:0 hesabı ilə qalib gəlib. 4 il sonra AVRO-2016-da yenidən yolları kəsişən komandaların mübarizəsində xorvatlar 2:1 hesablı qələbəyə seviniblər. AVRO-2020-nin 1/8 finalında da qarşılaşan yığmaların son rəsmi görüşündə İspaniya millisi 5:3 hesabı ilə qələbə qazanıb.

Günün digər maraqlı oyununda qarşılaşacaq İtaliya və Albaniya yığmaları isə bu günədək iki rəsmi matçda - 2018-ci il dünya çempionatının seçmə mərhələsinin görüşləri çərçivəsində üz-üzə gəliblər. Hər iki qarşılaşmada qalib gələn (2:0, 1:0) italiyanlar sürprizə imkan verməyiblər.

Bu gün münasibətlərinə aydınlıq gətirəcək Macarıstan və İsveçrə yığmaları isə daha əvvəl 9 rəsmi matçda qüvvəsini sınayıb. Bu oyunların dördündə İsveçrə, ikisində isə Macarıstan yığması qələbəni bayram edib. Üç görüşdə isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, Macarıstan - İsveçrə matçı saat 17:00-da, İspaniya - Xorvatiya 20:00-da və İtaliya - Albaniya görüşü isə 23:00-da start götürəcək.

Futbol
"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

"Liverpul"un sabiq futbolçusu 8 il müddətinə azadlıqdan məhrum edilib

Futbol
"Zirə"nin legioneri milli komandaya dəvət alıb

"Zirə"nin legioneri milli komandaya dəvət alıb

Futbol
Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Regekampf "Styaua"nın sükanı arxasına əsas namizədlərdən biridir

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Futbol
Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Rahid Əmirquliyev: “Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam” - MÜSAHİBƏ

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Peşəkar Futbol Liqasında yeni kadr təyinatı olub

Futbol
Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

Futbol
Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Azərbaycanın U-21 yığması böyük hesabla uduzub

Futbol
“Traktor” əzəli rəqibinə qalib gəlib

“Traktor” əzəli rəqibinə qalib gəlib

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər