"Sumqayıt"ın UEFA Kubokunda finala yüksələn, "Qəbələ"ni mübarizədən kənarlaşdıran rəqibi - TANITMA

"Sumqayıt"ın UEFA Kubokunda finala yüksələn, "Qəbələ"ni mübarizədən kənarlaşdıran rəqibi - TANITMA

"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstanın "Fehervar" klubu 1941-ci ildə qurulub.

"Report"un məlumatına görə, komanda ölkəsində üç dəfə çempionluq sevinci yaşayıb.

Bunlar 2010/2011, 2014/2015 və 2017/2018 mövsümlərinə təsadüf edib. Səkkiz dəfə gümüş, dörd dəfə isə bürünc mükafatçı olan "Fehervar" iki dəfə ölkə kubokuna (2005/2006 və 2018/2019) sahib çıxıb. Komanda 2011, 2012-ci illərdə Superkubok, 2007/2008, 2008/2009 və 2011/2012 mövsümündə Liqa Kubokunda qızıl medallar əldə edib.

"Qırmızı-göylər" ev oyunlarını 14201 azarkeş tutumuna malik Sekeşfehervar şəhərindəki "Şoştoi" stadionunda keçirir. Klubun hazırkı prezidenti İştvan Qarançidir. Altı gün əvvəl - iyunun 15-də 50 yaşlı mütəxəssis Tamaş Peto baş məşqçi təyin edilib. O, bu postda Bartoş Qjelyakı əvəzləyib. Komandanın hazırkı heyəti əsasən macar futbolçulardan qurulub. Klubda Danimarka, Şimali Makedoniya, Norveç, Portuqaliya, Argentina, Kosovo, Sloveniya və Fransadan olan legionerlər də var.

"Fehervar"ın qurulduğu vaxtdan günümüzədək müxtəlif dönəmlərdə adı dəyişib. Komanda tarixində ən böyük uğurunu 1984/1985 mövsümündə "Videoton" adlandığı vaxt əldə edib. Macarıstan təmsilçisi həmin dönəmdə UEFA Kubokunda finaladək irəliləməyə müvəffəq olub. Turnirdə Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" kimi klublara qalib gələn komanda finalda İspaniya nəhəgi "Real"a uduzaraq (1:3) gümüş medalla kifayətlənib.

"Fehervar" daha əvvəl də Azərbaycan komandalarından biri ilə avrokuboklarda üz-üzə gəlib. Macarlar 2022/2023 mövsümündə, UEFA Konfrans Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Qəbələ"ni mübarizədən kənarlaşdırıb - 4:1, 1:2.

Futbol
Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

Futbol
Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqa: "Sabah" qələbə qazanaraq "Qarabağ"la xal fərqini azaldıb

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Regekampf Rumıniyada daha bir komandanın baş məşqçi postuna əsas namizəddir

Futbol
FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

FIFA prezidenti mundial müddətində Ukraynada atəşkəsə çağırış edib

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Yusuf Lavalın Portuqaliya klubu ilə imzalayacağı müqavilənin müddəti bəlli olub

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"