Azərbaycanlı Avropa çempionu: Dünya çempionatına da ciddi hazırlaşacağıq

Azərbaycanlı Avropa çempionu: Dünya çempionatına da ciddi hazırlaşacağıq

Dünya çempionatına daha ciddi hazırlaşacağıq.

"QELEBE.AZ" xəbər verir ki, bunu Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatının 65 kq çəki dərəcəsində qızıl medal qazanan Gəncə güləş məktəbinin yetirməsi İsa Yusibov bildirib.

"Məşqlərimizi Xaçmaz Olimpiya İdman Kompleksində keçdik. Əsgərxan Novruzovun rəhbərliyi altında bu yarışa çox yaxşı hazırlaşmışdıq. U-15 millisinin heyətində gümüş medal qazanmışdım. U-17 yığmamızla qızıl medal qazanmaq sevindirici oldu. Dünya çempionatına da ciddi hazırlaşacağıq", - idmançı qeyd edib.

İ.Yusibov finalda rusiyalı Yasin Bersanukayevlə gərgin keçən görüşündə sevimli fəndindən istifadə etdiyini deyib: "Uduzduğumu hiss edirdim, bunun üçün öz fəndimdən istifadə etdim və bu məndə alındı. Nəticədə Avropa çempionu oldum".

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Antonio Espinos: "Bakıdakı yarış ilin son Premyer Liqa turniri olacaq"

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Fərdi
Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatının vaxtı dəqiqləşib

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov hindistanlı şahmatçıya məğlub olub

Fərdi
Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Azərbaycanın 3 cüdoçusu Bakıda Böyük Dəbilqədə yarımfinala yüksəlib

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Azərbaycan güləşçisi: "Atamın nəticəsini təkrarlamaq istəyirəm"

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb