Lamin Yamal Avropa çempionatları tarixində fərqlənən ən gənc futbolçu olub
İspaniya millisinin üzvü Lamin Yamal futbol üzrə Avropa çempionatlarının tarixinə düşüb.
"Report" xəbər verir ki, AVRO-2024-ün yarımfinal mərhələsinin Fransa ilə görüşündə fərqlənən 16 yaşlı hücumçu Avropa çempionatları tarixinin qol vuran ən gənc futbolçusu olub.
L.Yamal bununla da AVRO-2004-də İsveçrə millisinin heyətində 18 yaşında rəqib qapısında yol tapan Yohan Vonlantenun rekordunu yeniləyib.

https://qalaba.az//uploads/photo/lamin-yamal-avropa-chempionatlari-tarixinde-ferqlenen-en-genc-futbolchu-olub.webp











