"Araz-Naxçıvan" braziliyalı futzalçı ilə müqavilə bağlayıb

"Araz-Naxçıvan" braziliyalı futzalçı ilə müqavilə bağlayıb

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” braziliyalı futzalçı ilə anlaşıb.

"Report" Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu Alisson Damasceno Masiel (Kadinyo) ilə müqavilə bağlayıb.

Cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya təmsilçisi “Ribera Navarra”ya keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/2023 mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

Futbol
"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

Futbol
Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Sadio Mane dünya çempionatında iştirak etməyəcək

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Laurentsiu Regekampf: "Qarabağ"la oyunlar hansı səviyyədə olduğumuzu göstərəcək"

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu III liqa klubuna keçib

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Azərbaycan Premyer Liqası: "Neftçi" ili qələbə ilə başa vurub

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Azərbaycan millisinin futzalçısı: "Bu formanı geyinmək qürurvericidir"

Futbol
"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

Futbol
Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb

Tarixə düşmüş futbolçu avtomobil qəzasında ölüb