Elnur Məmmədli: Hidayətin Fransada Azərbaycan bayrağını qaldırması bizi ikiqat sevindirir

Elnur Məmmədli: Hidayətin Fransada Azərbaycan bayrağını qaldırması bizi ikiqat sevindirir

Hidayətin Fransada yerli idmançını məğlub etməsi, Azərbaycan bayrağını qaldırması, Dövlət Himnini səsləndirməsi bizi ikiqat sevindirir.

Bunu "QELEBE.AZ"un yarışa ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli Hidayət Heydərovun (73 kq) Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı, xalqımızı təbrik edirəm. Hidayət gözəl və ağıllı güləş nümayiş etdirdi. O, artıq Avropa, dünya və olimpiya çempionudur. Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və Azərbaycan Cüdo Federasiyasına minnətdarlığımı bildirirəm. İdmançılarımız hər şəraitlə təmin olunublar. Cüdo Federasiyasında sistemli iş gedir. Hidayət isə çətin insandır. Amma şükürlər olsun ki, verdiyi sözlərə əməl etdi, qarşısına qoyulan tapşırığı yerinə yetirdi. Böyük qələbədir. Çox sevinirəm. Onun üzərində hamının və mənim də əziyyətim var", - deyə ACF rəsmisi vurğulayıb.

Vitse-prezident Fransada yerli ilə idmançı ilə görüşməyin çətin olduğunu diqqətə çatdırıb: "Rəqibin itirəcək heç nəyi yox idi. Amma Hidayət Avropa və dünya çempionudur, reytinqdə ilk pillədədir. Fransalı cüdoçu var gücü ilə güləşirdi. Tribuna da ona dəstək olurdu. Əsas qələbədir. Cüdoçumuz bunu əldə etdi".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Fərdi
Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Azərbaycanın tanınmış idman xadimi vəfat edib

Fərdi
Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Avropa çempionatı: Turan Bayramov yarımfinalda, digər 3-ü uduzub

Fərdi
Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

“Champions Chess Tour”: Karlsen vaxtından əvvəl finalın qalibi olub

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Eldəniz Əzizli: "Təcrübə hesabına qalib gəldim"

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

"Mingəçevir Reqatası"na qatılacaq ölkələr bəlli olub

Fərdi
Şəkidəki ilk idman festivalından reportaj

Şəkidəki ilk idman festivalından reportaj

Fərdi
Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"

Dünya çempionu: "Azərbaycan üçün fantastik nəticədir"