Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

Nicat Rəhimovun atası: "Olimpiya medalından əllərini üzsünlər, qaytarmayacağıq"

"Məhkəmənin lehimizə və ya əleyhimizə qərar verəcəyindən asılı olmayaq, medaldan əllərini üzsünlər".

Bunu "QELEBE.AZ"a açıqlamasında Qazaxıstan yığmasının əslən azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimovun atası Əli Rəhimov idmançının Beynəlxalq Ağırlıqqaldırma Federasiyasını (IWF) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməsi barədə danışarkən deyib.

O, oğlunun günahsız olduğunu bildirib: "Nicatı analiz dəyişdirməkdə ittiham edirlər. Halbuki belə şey olmayıb. Bunlar Ümumdünya Antidopinq Agentliyinin (WADA) əməkdaşının səhvidir. Nicatlıq bir şey yoxdur. O, analizi necə dəyişə bilər? Başqaları dəyişibsə, Nicatın nə günahı var? Getsinlər, səhvi analizi dəyişən şəxsdə axtarsınlar".

Ə. Rəhimov WADA-nı da CAS-a şikayət etdiklərini söyləyib: "Onlar da deyir ki, kimdən analiz götürdüyümüzü bilmirik. Əvvəlki məhkəmədə WADA nümayəndəsi söylədi ki, getdim, analiz götürdüm. Sual verildi ki, onun Nicat olmadığını gördün? Dayanıb tamaşa edirdi. Yoxlamağa gələndə bunun Nicat olmadığını görmürdülər? Kor olmuşdular? Heç vəsiqəsinə baxıb yoxlayıblarmı ki, həmin adamdır? Nicat da tanınmış idmançıdır axı. Kimsə fırıldaqçılıq edibsə, Nicatın nə günahı var? O, təlim-məşq toplanışında olub. WADA-ya idmançının harada olduğu hər zaman göstərilir".

Atası oğlunun 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları vaxtı da dopinq-testi verdiyini xatırladıb: "Yarışdan əvvəl də analiz götürülüb. Nicatın yerinə başqa adamdan analiz götürüblər, sonra da deyirlər ki, Nicat analizi dəyişib. İndi çıxıb 6 ildən sonra deyirlər ki, analiz dəyişdirilib. Orada prinsip söhbəti var. Bəziləri Nicatı vurmaq və aradan götürmək istəyir. Başqa heç nə. O qədər mafiozlar var ki... Artıq idmanı siyasətə çeviriblər. Kimdən xoşları gəlmirsə, onu vururlar".

Rəhimov olimpiya medalını kimlərəsə qaytarmaq niyyətində olmadığını vurğulayıb: "Olimpiya medalını əlindən almaq istəyirlər. Ondan əllərini üzsünlər. Nicat yarışda təmiz qələbə qazanıb. Bu medal da onun haqqıdır. Deyirlər ki, medalı qaytaracaq. Amma onu görməyəcəklər. Medal hazırda məndədir".

Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya, 2016-cı ildə isə olimpiya çempionu olub. Rəhimov Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb.

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Dünya çempionatı: Azərbaycanın şahmat millisi 1/4 final oyununa çıxacaq

Fərdi
Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Böyük Dəbilqə: Rüstəm Orucov, Hidayət Heydərov və Səid Mollayi mübarizəyə başlayır

Fərdi
Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Azərbaycan boks millisi Avropa çempionatını 2 medalla başa vurub

Fərdi
Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fernando Alonso Hemiltonu axmaq adlandırdığı üçün üzr istəyib

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Elxan Məmmədov: "Bu gün hər bir cüdoçudan medal gözləyirəm"

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək

Fərdi
"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

"Formula 1": Yaponiya Qran-prisinin qalibi bəlli olub

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb

Dünya Kuboku: Azərbaycan yığması gümüş medal qazanıb