“Liverpul” yoldaşlıq görüşündə “Mançester Yunaytedi”i darmadağın edib

“Liverpul” yoldaşlıq görüşündə “Mançester Yunaytedi”i darmadağın edib

ABŞ-nin Cənubi Karolina ştatının Kolumbiya şəhərində İngiltərənin “Liverpul” və “Mançester Yunayted” futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib.

“QELEBE.AZ” xəbər verir ki, əzəli rəqiblər arasında baş tutmuş matç “Vilyams-Brays Stedium”da baş tutub.

Amerikalı hakimlər briqadasının idarə etdiyi oyunda hesab erkən açılıb: artıq 10-cu dəqiqədə portuqaliyalı Dioqu Jotanın ötürməsindən sonra “qırmızılar”ın gənc hücumçusu Fabiu Karvalyo fənd edərək qarşısındakı Kazemironu aldadır və dəqiq zərbə ilə qapıçı Onananı məyus edib. Mersisayd təmsilçisinin növbəti qolu 36-cı dəqiqəyə təsadüf edib: misirli Məhəmməd Salahın ötürməsini yarımmüdafiəçi Körtis Cons qapayıb.

Oyunun birinci yarısı əsasən qarşılıqlı hücumlar şəraitində, hətta zərbə sayına görə “Mançester Yunayted”in cüzi üstünlüyü ilə keçsə də, Mersisayd təmsilçisi rəqibi ilə müqayisədə daha təhlükəli çıxış edib.

Matçın ikinci yarısı da əsasən eyni ssenaridə davam edib. 61-ci dəqiqədə Arne Slotun komandasının kəsərli hücumlarından daha biri qolla sonlanıb – 0:3. Növbəti dəqiqələrdə Erik ten Haqın yetirmələri qollardan azından birinin əvəzini çıxmağa çalışsa da, buna nail ola bilməyiblər.

Beləliklə, Arne Slotun “Liverpul”u ardıcıl üçüncü yoldaşlıq matçında qələbə qazanıb. Daha əvvəl “qırmızılar” İspaniyanın “Real Betis”i və İngiltərənin “Arsenal”ının öhdəsindən gəlmişdilər.

Qeyd edək ki, İngiltərə Premyer Liqası avqustun 16-da start götürəcək.

Futbol
Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Joze Alesio Da Silva: "Nəticə arzuladığımız kimi olmadı"

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

Futbol
Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Futbol
Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Azərbaycan komandasının Çempionlar Liqasının 1/4 finalındakı rəqibi müəyyənləşib

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Yunanıstanda azərbaycanlı azarkeşlər hücuma məruz qalıb - VİDEO

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Azərbaycan Kuboku: "Qarabağ" - "Qəbələ" oyununu FIFA referisi idarə edəcək

Futbol
Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Tanınmış baş məşqçi Rusiya klubundan ayrılıb

Futbol
"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

"Qarabağ" və "Neftçi"nin start heyətləri bəlli olub

Futbol
"Çelsi" daha bir futbolçunu transfer edib

"Çelsi" daha bir futbolçunu transfer edib

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib