Paris-2024-də çalışan azərbaycanlı: Bakı-2015 Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinə heç bir tədbir çatmayıb

Paris-2024-də çalışan azərbaycanlı: Bakı-2015 Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinə heç bir tədbir çatmayıb

“Bakı-2015 Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinə heç bir tədbir çatmayıb”.

Bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında olimpiadanın boks yarışlarının keçirildiyi arenanın Media Əməliyyatlar Şöbəsində çalışan azərbaycanlı əməkdaş Səriyyə Məlikova deyib.

O, Paris-2024-də başqa azərbaycanlıların da çalışdığını bildirib: “Bu, ikinci olimpiadamdır, ilk dəfə Tokioda təşkil olunan yarışda çalışmışam. Parisə iyulun 24-də gəldim və “North Paris Arena”da Media Əməliyyatlar Şöbəsində işə başladım. İlk dəfə 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarında Media Əməliyyatları komandasında fəaliyyət göstərmişəm.

Daha sonra layihələrdə, idman tədbirlərində, festivallarda çalışdım. Hər dəfə ya sosial şəbəkələr vasitəsilə müraciət ünvanlayıram, ya da iş yoldaşlarım belə tədbirlərə dəvət edir. Vaxtım olduğu müddətdə dəvətləri qəbul edib işləyirəm. Media Əməliyyatları Şöbəsində əlavə olaraq iki azərbaycanlı var. Onlar fərqli arenalarda çalışırlar. Həmçinin nəqliyyat və təhlükəsizlik üzrə komandalarda çalışan azərbaycanlılar da var”.

S.Məlikova təşkilatçılıq səviyyəsinə görə Bakıda keçirilən Avropa Oyunlarını xüsusilə fərqləndirib: “Bakı-2015 Avropa Oyunlarının təşkilatçılıq tsəviyyəsinə heç bir tədbir çatmayıb. Həqiqətən də hər şey çox yüksək səviyyədə idi. Əcnəbi iş yoldaşlarım da ilk Avropa Oyunlarını xatırlayırlar və hər cəhətdən çox peşəkar hazırlıq görüldüyünü deyirlər. Həmçinin Bakıdakı İslam Həmrəyliyi Oyunları və Avropa Gənclər Olimpiya Festivalı da yüksək səviyyədə təşkil edilmişdi. Mən və bir çox iş yoldaşlarım Bakı-2015-in yetirmələriyik”.

O, olimpiadada fəaliyyət göstərən könüllülərin işinin öhdəsindən tam gələ bilmədiyi barədə deyilənlərə belə reaksiya verib: “Könüllülük spesifik mövzudur. Bu insanlar öz vaxtlarını ayırıb hansısa tədbirə töhvə vermək üçün gedirlər. Onları hazırlamağa çox vaxt olmur. Könüllülər, demək olar ki, bir təlimdən sonra gəlib komandaya qoşulurlar. Ona görə də onlarla səbrli davranmağı məsləhət görərdim. Onlar, sadəcə, təcrübə və gözəl xatirələr üçün bizə qoşulurlar".

Fərdi
Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Fərdi
Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Gənc boksçular arasında ölkə birinciliyində 1/4 final mərhələsi başa çatıb

Fərdi
Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Azərbaycan millisi beynəlxalq turnirdə birinci yeri tutub

Fərdi
Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycan avarçəkəni beynəlxalq turnirdə gümüş medal qazanıb

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Eldəniz Əzizli: "Paris-2024-də iştirak etmək üçün çəkimi dəyişəcəyəm"

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır

Qılıncoynatma üzrə milli qran-pri turnirinə Bakıda hazırlaşır