İspaniyalı motosikletçi faciəvi şəkildə dünyasını dəyişib
İspaniyalı motosikletçi Xavyer Alvares faciəvi şəkildə dünyasını dəyişib.
"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, La Banesa qran-prisinə hazırlıq zamanı qəza nəticəsində vəfat edib.
Motosikletçi döngələrin birində idarəetməni itirərək qoruyucu hasara çırpılıb.
Reanimasiyaya yerləşdirilən idmançının həyatını xilas etmək mümkün olmayıb.
Alvaresin ölümünə baxmayaraq təşkilatçılar qran-prini davam etdirmək qərarına gəliblər.

https://qalaba.az//uploads/photo/ispaniyali-motosikletchi-facievi-shekilde-dunyasini-deyishib.webp











