Azərbaycan təmsilçiləri paralimpiadaya Fransanın Ajan şəhərində hazırlaşırlar
Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

https://qalaba.az//uploads/photo/azerbaycan-temsilchileri-paralimpiadaya-fransanin-ajan-sheherinde-hazirlashirlar.webp











